Zakir Fərəcovdan qanunlara və dövlətə sayğısızlıq

09, 07, 22
20:52

Zakir Fərəcovdan qanunlara və dövlətə sayğısızlıq


Yaxın keçmişə nəzər salsaq görərik ki, Prezident İlham Əliyev tərəfindən bir neçə icra başçısı vəzifəsindən azad edildi. Kimisi evinə “istirahətə” göndərildi, kimisi də məsuliyyətə cəlb olundu. Elə İlham Əliyevin dedi kimi “Kim ki nəticə çıxarmır, onlara qarşı tədbirlər görülür”. Prezidentimiz daha bir çıxışında onlu vurğulmışdı.arın iqtidara ləkə olduğunu vurğulmışdı.

Çox təssüf hissi ilə bildirmək istəyirəm ki, günümüzdə iqtidara ləkə olan icra başçılarından hələ də var və bəziləri hələ də öz qanunsuz əməllərini davam etdirirlər. Qanunsuz əməllərin sahiblərindən biri də Zakir Fərəcovdur. Onun hansı şəhərin “meri” olduğu hər kəsə məlumdur. “Hörmətli mer” bir qrup sahibkarı sözün əsl mənasında süründürür. Cənab Prezident İlham Əliyevin sahibkarlara bu qədər şərait yaratdığı dövrdə hansısa icra başçısının bu əməlinə nə ad vermək olar?

Yenidən icra başçılarının həbsinin başlanması həmin sahibkarları bir daha media vasitəsilə ölkə rəhbərliyinə müraciət etməyə sövq edib. Sahibkarlar bu dəfə bizə gördükləri bütün işlərin smetasına dair lazım olan sənədləri də təqdim ediblər. Həmin sənədlər üzərində apardığımız araşdırma zamanı müəyyən etdik ki, Zakir Həsənov sözün əsl mənasında “sahibkar ovu”na çıxmış bir məmurdur.

Sənədlərdən görünür ki, şəhərin əsas giriş hissəsini yenidən quran, Xəzərin sahilində uzunluğu 4,2 km, sahəsi 106 hektar olan, əhalinin istirahəti üçün bütün lazımı şərait yaradılan və ən müasir standartlara cavab verən Dənizkənarı bulvarı ən qısa zamanda – 8 ay ərzində, 2016-cı ilin sentyabr ayında istismara təhvil verən 426 nəfər sahibkar və fəhlə üstündən təxminən 4 il keçməsinə bamayaraq hələ də qanuni ödənişlərini – təxminən 8 milyon manat pulu Zakir Həsənovdan ala bilmirlər.

Sahibkarlar bildirirlər ki, onlar başçıdan “dövlət mənə nə pul verib ki, mən də ondan sizə verim. Gedin kimə şikayət edirsiz edin” sözlərini eşidirlər. Həddini aşan sahibkarlara indidən özləri üçün “suxarı” tədarükü görməyi “tövsiyə” edən, yəni məhbəs həyatına hazırlaşmaqla təhdid edən və özünü 70 yaşlı şəhərin “əbədi qubernatoru” kimi aparan Zakir Fərəcov ən yaxın əlaltısı olan Sumqayıt İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Adil Xudadatov vasitəsilə iş adamlarına qarşı “qamçı və kökə” siyasətini tətbiq edir. O ya sahibkarları məhbəs ilə hədələyir, ya da ki, onlara Sumqayıtın özləri üçün yaxın hesab etdikləri iş adamları vasitəsilə “kokə” təklifini edir: “Onu da qeyd edək ki, Zakir Fərəcov sahibkarların pulunu verdiyi barədə yuxarılara saxta hesabat verir. Qoy icra bascisi desin görək hansi sənədlə, hansı bank vasitəsilə pullarımızı verib?”

Sahibkarlar qeyd ediblər ki, hal hazırda borc içində boğulurlar. Onlar görülən işlər müqabilində pullarını ala bilmədiklərindən xeyli sayda insana borclu qalmalı olublar. “Zakir Fərəcov nəyə arxayındı bilmirik. Onun bu hərəkətləri həm biz sahibkarlara zərər vurur, həm də Sizin siyasətə ziddir. Bu adam öz əməlləri ilə dövlətə qarşı mənfi münasibətin formalaşmasına çalışır. Belə özbaşınalıqların, belə məmurların qarşısı alınmalıdır. Əminik ki, siz bunu həyata keçirib, Zakir Fərəcov kimi məmurları cəzalandıracaqsınız”.

İş adamlarının milyonlarla vəsaitini qaytarmaqdan imtina edən icra başçısı onların susması üçün bütün qanunsuz vasitələrə əl atır. Bu günlərdə iş adamlarını qəbul edən icra başçısı açıq şəkildə onlara birldirib ki ” 50 min manat verib hamınızı həbs etdirərəm”. Maraqlıdır ki, icra başçısı dövlət rəhbərliyinə ünvanlanan müraciətlərə də sayğısız davranaraq: “o müraciətlər mənə gəlir mən də cırıb zibilə atıram” deyib. Fərəcovun ünvanına bir sıra ittihamlar səsləndirən sahibkarlar illərdir gördükləri işin müqabilində pullarını ala bilmədiyini deyir. Onların sözlərinə görə, dəfələrlə Prezident Admnistrasiyasında olublar və onlar məsələni araşdıracaqlarına söz veriblər.

“Biz bütün sənədləri təqdim etmişik. Zakir Fərəcovun bizə qarşı etdiyi qanunazidd hərəkətlərini əks etdirən dəlil və sübutları da vermişik. Söz veriblər ki, məsələni müsbət şəkildə həll edəcəklər. Lakin görünən odur ki, Zakir Fərəcov heç kimdən çəkinmir. Əgər çəkinsəydi bu qədər qanunsuzluğa davam etməzdi”.

İş adamları qeyd edir ki, Zakir Fərəcov onlarla görüşündə dövlətin ona pul ayırmadığını, Sumqayıtda bütün işləri öz puluyla etdiyini söyləyib.
“Bizə maraqlıdır, əgər dövlət tərəfindən Sumqayıta pul ayrılmayıbsa, bu qədər bahalı layihələri Zakir Fərəcov hansı pulla əmələ gətirib? Təkcə, Dənizkənarı Bulvarın smeta dəyəri 100 milyon manata yaxındır. Bir icra başçısında bu qədər pul hardandır? Əgər bu qədər pulu varsa, şübhəsiz, Fərəcov onu düzgün yollarla əldə etməyib. Aydın məsələdir ki, Zakir Fərəcov dövlətdən pul ayrılmaması ilə bağlı dedikləri ağ yalandır. Bu adam dediyim kimi, super yalançıdır. Hər cür dona girir ki, sahibkarların pulunu verməsin”.

Aldadılan sahibkarlar vurğulayır ki, Zakir Fərəcovun əyri yollarla pul qazanması sirr deyil. Hətta bunun üçün icra başçısının özünün xüsusi vasitələrinin olduğunu da iddia edir. “Sumqayıt bulvarının bütün işlərini biz görmüşük. Amma sonradan məlum oldu ki, həmin işlər adı var, özü yox, həm də yaxın adamlarının adına yaradılmış şirkətlərin adına yazılıb. Məqsəd də ayrılmış pulu nağdlaşdırmaq idi və bunu da edib. Sonuncu belə əməliyyatlardan biri də Sumqayıt Bulvarının tikintisinə 3,7 milyon manat pulun ayrılmasıdır.

Həmin pul Zakir Fərəcovun müavini Gündüz Əliyevin bacısı oğlanlarının adına yaradılmış şirkətə köçürülüb. Fərəcov da həmin pulla oğluna Bulvarda “Paseydon” adlı restoran tikdirib. Bu adam o qədər arxayındır ki, oğlu prokuror olduğu halda və qanunla bizneslə məşğul olması qadağan edildiyi halda restoranı onun adına sənədləşdirib.

Sahibkarlardan pul yığılması, iş adamlarının pulunu kəsmək də bir ayrı məsələdir və onun əziyyətini çəkənlərdən biri də bizik”.

Sahibkarlar deyir ki, Sumqayıtın icra başçısının pul məsələlərinə İcra Hakimiyyətinin tikinti və memarlıq idarəsinin müdiri Adil Xudadatov baxır. “Bu adam vaxtıyla “Kamaz” sürücüsü olub. Abşeronda işləyəndə də Zakir Fərəcovun xeyli pulunu mənimsəmişdi, hətta deyilənlərə görə, bu əməlinə görə 15 sutka həbsdə yatıb. İndi Adil Xudadatov necə, hansı yolla Sumqayıtda vəzifəyə gətirilib, bəlli deyil. Bəlli olan odur ki, bu adam hər gün şəhərdə daşı-daş üstə qoymaq istəyənlərin başının üstünü kəsdirir ki, pul yığsın.

Zakir Fərəcov onu sahibkarların, ev tikənlərin, balkonunu təmir etdirənlərin üstünə göndərir ki, pul yığıb gətirsin.

Axı, Adil Xudadatov kimdir ki, sahibkarlardan xərac toplayır? Nə haqla, hansı qanunla pul yığır? Şəhərdə təmir-tikinti işləri aparan şirkətlərə pul aparan da Adildir. Məgər dövlətin bankı, bank hesabı yoxdur ki, iş görənlərə pul nağd şəkildə verilir? Qayda var, qanun var, köçürmə üsulu var. Lakin Zakir Fərəcov üçün bunların heç bir əhəmiyyəti yoxdur. Adil Xudadatovu verib qabağa, onun əliylə Sumqayıtda pul yığdırır, özü də qanunsuz olaraq”.

Sahibkarlar onu da bildirir ki, 15 gündən artıqdır ki icra başçısının qəbuluna düşə bilmirlər: “Z.Fərəcov hər dəfə bir bəhanə ilə qəbulu təxirə salır”. Sahibkarlar sonda onu da deyir ki, Zakir Fərəcov həbs olunan həmkarlarının aqibətindən nəticə çıxarmalıdır. “DTX yarım ilin içində 5 icra başçısı həbs edib. Hamısı rüşvət aldığına, qanunsuzluq etdiyinə görə həbs olunublar.

Zakir Fərəcov köhnə həmkarlarının aqibətini gözünün önünə gətirsin və ibrət alsın. Günün birində onu da qandallayıb, həbs edəcəklər. Çünki bu qədər qanunsuzluq yerdə qalmaz. Bunca insanın haqqını yemək, bunca insanı incitmək, hədələmək, qorxutmaq cavabsız qalmaz. Əminəm ki, dövlət Zakir Fərəcovun törətdiyi əməllərə qiymət verəcək və onun özbaşınalığına son qoyacaq”. (Cumhuriyyet.net)

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 

Bizimlə əlaqə saxlayın