Rüstəm Şahbazov Cəlilabadı özəlləşdirib:Məmurun ərköyün qardaşı oğlu fəraridir?

11, 07, 23
11:00

Rüstəm Şahbazov Cəlilabadı özəlləşdirib:Məmurun ərköyün qardaşı oğlu fəraridir?


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun qardaşı oğlu Rəşad Ədalət oğlu Şahbazovun illər sonra əsgəri xidmətindən yayındığı üzə çıxıb.

Bu haqda redaksiyamıza danışan rejissor Orxan Aslan bildirib ki, Rəşad Şahbazov uzun illər Rusiyanın paytaxtı Moskva şəhərində yaşayıb. O, nə Rusiyada, nə də Azərbaycanda hərbi xidmətdə olub. Rəşad Şahbazov Azərbaycana gələrək rüşvət verərək hərbi xidmətdən yayınıb və yararsız hərbi bilet əldə edib.

Hazırda Rəşad Şahbazovla məhkəmə çəkişməsinin davam etdiyini deyən Orxan Aslan, bu məsələlərin hamısın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində araşdırıldığını və təsdiq edildiyini bildirib.

İndi Cəlilabad rayonunda özünü “YouTube” kanalı olan “Baş kanal media qrupunun” rəhbəri kimi insanlara təqdim edən Rəşad Şahbazov canlı yayımlarının birində isə o vətənpərvərlik mövzusunda danışmağa cəhd edib və bu vətəni hamımızın sevməli olduğunu bildirib. Bu çıxışlarının ardından onu tanıyanlar bildiriblər ki, adam hərbi xidmətdən yayınıb, vətənə olan borcunu verməyib. Gülünc vəziyyətə düşən Rəşad Şahbazov dərhal həmin çıxışını sosial şəbəkədən silib və xəstə olduğu üçün əsgər getmədiyini bildirib.

Cəlilabadda hektarlarla torpaqları zəbt edən, üzüm bağı salan, icarəyə torpaq verən Rüstəm Şahbazov görəsən niyə qardaşı oğlunu torpağa olan borcunu verməyə göndərə bilməyib? Bununla bağlı media üzərindən apardığımız araşdırmalara görə Şahbazovlar rayonda istədikləri torpaq sahəsinə və obyektlərə Rüstəm Şahbazovun sayəsində ağalıq edirlər.

Məlumat üçün qeyd edək ki, Rüstəm Şahbazovun 2 övladı var. Hər ikisi xaricdə təhsil alıblar. Qızı Mərkəzi Bankda işləyir, oğlu isə plastik qapı-pəncərə şirkətini işlədir.

Cəlilabad sakinlərinin yazdığına görə, Rüstəm Şahbazovun qohumları o qədər həddini aşıb ki, onlar ali təhsilli müəlliməni, üç qız və bir oğlan anasını intihar həddinə çatdırıb….

Araşdırmamız davam edir və gələcək yazılarımızda Rəşad Şahbazovun digər qohumlarının da hərbi xidmətə gedib-getməməsini araşdırıb dəyərli oxucularımıza təqdim edəcəyik. (Cumhuriyyet.az)

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın