Rusiya dünyanı taxılla sınağa çəkir: Çörək bahalaşacaq

17, 07, 23
18:00

Rusiya dünyanı taxılla sınağa çəkir: Çörək bahalaşacaq


“Rusiyanın “Taxıl sazişi” ləğv etməsindən sonra birjalarda taxılın qiymətinin 3% qalxması dünya səviyyəsində taxılın qiymətinə təsir etsə də, Azərbaycanda bu ehtimal yüksək görünmür”. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Rüfət Quliyev deyib. 

 Rüfət Quliyev

O, Rusiyanın “Taxıl sazişi”ni ləğv etməsindən sonra dünya birjalarında yaranan artımdan (3%), habelə bunun ölkəmizə təsir mexanizmlərin söz açıb. 

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bu barədə rusiyalı həmkarı ilə danışıqlar aparacağını qeyd etsə də, Rusiya tərəfi artıq sazişin uzadılmayacağını bəyan edib. 

R.Quliyev isə söyləyib ki, hazırda Azərbaycanda ən azı 1 illik taxıl ehtiyatı var. Onun sözlərinə görə, Azərbaycan hökuməti bununla bağlı öz işini çox ehtiyatlı tutub. 

Deputat diqqətə çatdırıb ki, Ukrayna müharibəsinin davam etməsinə baxmayaraq, ölkənin qida ilə əlaqədar ehtiyat fondu tam doludur: 

“Ehtiyat fondumuzda isə kifayət qədər qida məhsulları mövcuddur. Eləcə də hansı ölkədən Azərbaycana taxıl gətirmək mümkündürsə, onların hamısı ilə artıq sazişlər bağlanıb, iş də gedir. Ona görə də heç bir təşviş və panika yaratmağa ehtiyac yoxdur. Bəlkə burada bir neçə işbazlar oyun oynaya bilərlər ki, bu da onların işidir. Lakin qanun-qayda və nəzarət var deyə, problem olacağını gözləmirəm”.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın