Nərmanov rayonunda inşa edilən naməlum obyekt problemlər yaradır - VİDEO

19, 07, 23
17:00

Nərmanov rayonunda inşa edilən naməlum obyekt problemlər yaradır - VİDEO


Bakı şəhəri Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, “Eurohome” tikinti materiallarının satış mərkəzinin qarşısında naməlum obyekt tikilir.

"Azərbaycan Reallığı" xəbər verir ki, ərazidə yaşayan sakinlərin bildirdiyinə görə obyekt rayon ərazisindən keçən əsas su boru xəttinin üstündə inşa edilir. Həmçinin tikinti ərazisinin yaxınlığında dövlət əhəmiyyətli bir neçə kabel xətti keçir.

Tikinti zamanı əsas su boru xəttinin zədələndiyi və su sızması baş verdiyi bildirilir. Bundan başqa obyektin tikinti standratlarına cavab vermədiyi iddia edilir. Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin  inşa edilən obyektlə bağlı tədbir görəcəyinə inanırıq.


AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 

Bizimlə əlaqə saxlayın