Qanunlarımız QUMAR HƏVƏSİNİ üstələyə biləcəkmi? - “Azərlotereya” ölkəni bataqlığa çevirib

02, 08, 23
12:00

Qanunlarımız QUMAR HƏVƏSİNİ üstələyə biləcəkmi? - “Azərlotereya” ölkəni bataqlığa çevirib


“Tarixən lotereyalar həmişə olub, hətta Sovet dövründə də onlar buraxılırdı. Təbii ki, bu cür oyunlar insanların maddi durumuna pis təsir edir.

Çünki bəzi işbazlar insanları müəyyən yollarla şirnikləşdirərək bu küçə oyunlarına cəlb edirlər. Son illər ölkəmizdə “Azərlotereya” kimi oyunlar birmənalı şəkildə vətəndaşlarımızı mərc oyunlarına təşviq edir”. Bunu bir müddət əvvəl açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Qeyd edək ki, deputat bu cür oyunların dərindən araşdırılmasına ehtiyac olduğunu da vurğulamışdı:

“Əslində, bunu bir məşğuliyyət kimi xaraterizə edirlər. Ancaq bunlar dərindən araşdırılmalıdır. Yəni, bunlar rəsmi dövlət qurumlarının nəzarəti altında keçirilirmi? Bunlar nə dərəcədə də zərərlidir, xeyirlidir? Bunun dövlətə xeyiri varmı, yoxdurmu? Əgər fürsətcil iş adamları, şirkət rəhbərləri bundan özləri üçün mənfəət götürürsə və bəlaya salırlarsa bunlar araşdırılmalı və mütləq cəzası müəyyənləşdirilməlidir.

Tək “Azərlotereya” oyunları deyil, ümumən götürəndə pulla oynanılan nə oyunlar varsa, bunların hamısı zərərli vərdişlər hesab olunmalıdır. Bunun qarşısı daha məqəsəduyğun şəkildə alınmalıdır”.

Deyəsən, neçə müddətdir çalınan bu həyəcan təbilləri nəhayətdə gərəkən qurumların da diqqətini çəkib. Bu barədə hüquq-mühafizə orqanlarındakı mötəbər mənbədən verilən informasiyadan anlaşılır.

Mənbə iddia edir ki, yaxın günlərdə “Azərlotereya”nın fəaliyyətinə hüquqi qiymət veriləcəyi gözlənilir: "Əslində Azərbaycanda bu kimi qumar oyunlarına qarşı bir qanuni qadğa var. Amma “Azərlotereya” bu vaxta qədər qanunların yanından keçə bilib. Hətta telekanallarda da bu gün “Azərlotereya”nın qumarı təşviq olunur ki, bu da yolverilməzdir.

Məhz bu kimi faktorlar nəhayətdə gərəkən addımların atılmasını vacib edib. Yaxın günlərdə məsələ daha da konkretləşəcək..."

Mənbə onu da əlavə edib ki, əslində, bu gün" Demirören" qrupunun Azərbaycandakı fəaliyyəti bir qrup məmurun himayəsi altındadır: "Buna görə də, "Azərlotoreya"nın müflis etdiyi binəva kasıbın səsi hələ "yuxarılar"ın qulağına tam çatmır..."

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq (DİA.AZ)


 AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın