"Azərbaycan Reallığı" yazdı "Qədim Bağ" Ailəvi restoranında yoxlama aparıldı

03, 08, 23
12:55

"Azərbaycan Reallığı" yazdı "Qədim Bağ" Ailəvi restoranında yoxlama aparıldı


Bakı şəhəri, Bəkir Çobanzadə küçəsi, 306 ünvanında yerləşən “Qədim bağ” restoranında istirahət mərkəzinin fəaliyyəti barədə vətəndaşlardan daxil olmuş şikayət əsasında operativ vergi nəzarəti tədbirləri keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Azərbaycan Reallığı"na verilən məlumata görə, nəzarət tədbiri zamanı obyektdə nəzarət-kassa aparatının (NKA) və Pos-teminalın quraşdırılmadığı, 6 nəfərin əmək müqaviləsi olmadan xidmətlərin yerinə yetirilməsinə cəlb olunması faktları aşkar edilib.

Bildirilib ki, sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəlirlər və xərclərin uçotunun aparılması, gəlirlərin vergi orqanlarına düzgün bəyan edilməsi, dövlət büdcəsinə vergilərin vaxtında və tam şəkildə ödənilməsi vergi ödəyicilərinn vəzifələrinə aid edilir.

Həmçinin, qanunvericiliyin tələblərinə uyğun olaraq, əmək müqavilələrinin bağlanmasının təmin edilməsi, əhali ilə nağd pul hesablaşmalarının aparılması zamanı NKA-dan istifadə də vergi ödəyicisinin vəzifəsidir və bu tələblərin pozulmasına görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə gün bundan öncə vətəndaşlar "Azərbaycan Reallığı" İnformasıya agentliyi vasitəsi ilə sözü gedən məkan haqqında narazılıqlarını bildirmişdilər. "Qədim Bağ" Ailəvi restoranında cəngəllik qanunları - restoran rəhbərliyinin “Burda mənəm, Bağdad da kor Xəlifə” prinsipi ilə yaşayır adlı yazı dərc olunmuşdur. Yazıdan dərhal sonra aidiyyəti qurumlar sözü gedən məkanda yoxlamalara başlamış və yazılanlar öz təsdiqini taparaq “Qədim bağ” restoranı haqqında tədbir görülmuşdür

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın