Hamam suyu “Aqua Luxe” satdığı sularından təmizdir - VİDEO

08, 08, 23
12:00

Hamam suyu “Aqua Luxe” satdığı sularından təmizdir - VİDEO


“Aqua Luxe” qablaşdırılmış su şirkəti “şollar suyu” adı altında xalqa natəmiz su içirdir.

"Azərbaycan Reallığı" yazır ki, vətəndaş Günel Vaqifli Məmmədova sosial şəbəkədə yazıb ki, aldıqları “Aqua Luxe” suları natəmizdir, dadında isə dəyişiklik var: 

”Aqua Luxe” suları sifariş verirdik. Son 2 dəfədir suyun dadında dəyişiklik vardı. Bugün yeni qabı açmışam və nəticə göz qabağında. Evə gələn hamam suyu belə bundan daha təmizdir.

Özlərinə yazmışam. Amma belə görünür ki, şirkət normal deyilmiş. Bu günə qədər isə yəqin ki, bəxtimə normal sular çıxıb.

Mən şirkəti hara şikayət edə bilərəm? Ən azından, insanlar pul verib alır, heç olmasa zəhərlənməsinlər”.


Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın