İcra başçısı ilə sahibkarlar arasında daha bir mərəkə: “Zəmanət məktubu” qalmaqalı

08, 08, 22
12:20

İcra başçısı ilə sahibkarlar arasında daha bir mərəkə: “Zəmanət məktubu” qalmaqalı


Sumqayıtın icra başçısı Zakir Fərəcovla uzun müddətdir davam edən sahibkarlar arasında daha bir qalmaqal üzə çıxıb. JAMAZ.İNFO xəbər verir ki, 2016-cı ildən başlayaraq borc məsələsi ilə əlaqədar yaranmış problermi aradan qaldırmaq mümkün olmayıb və gedişat da onu göstərir ki, Fərəcovun belə bir niyyəti yoxdur.

Qalmaqal isə icra başçısının iş adamlarından “zəmanət məktubu” istəməsi olub. Sahibklarlar bildiriblər ki, bu ilin fevralın 22-də Zakir Fərəcov onları bir araya gətirərək, borcla bağlı “zəmanət məktubu” istəyib. Həmin məktub notarial qaydada təsdiqlənməli və borcun ödənildiyini özündə əks etdirməliymiş. Bunun müqabilində isə icra başçısı sahibkarlara kişi sözü verib ki, əgər həmin məktub verilərsə, fevralın 23-ü saat 15:00-a kimi bütün borcluların borcunu bağlayacaq.

Mənbəmiz qeyd edir ki, Fərəcov həmin vaxt iş adamlarına deyib ki, hakimiyyətin yuxarı eşalonları ilə problemləri var və onları həll etmək üçün belə bir məktuba ehtiyac yaranıb. Əks təqdirdə, onun özünün işdən çıxarılması problemi üzə çıxacaq ki, bununla da sahibkarlara olan borcunun batacağını iddia edib.

Maraqlı məqamlardan biri də odur ki, iş adamlarına birbaşa Zakir Fərəcov borclu olduğu halda, “zəmanət məktubu” Sumqayıt İcra Hakimiyyətinin yerli özünidarətmə orqanları ilə iş üzrə şöbənin rəhbəri Gündüz Əliyevin adına verilib.

Niyə məhz Gündüz Əliyev? Ona görə ki, bütün bu işlərin hamısı məhz şöbə müdirinin əli ilə görülüb. Eyni zamanda, Fərəcov bununla “kimsəyə borcum yoxdur” görüntüsü yaradaraq, bütün məsuliyyəti Gündüz Əliyevin üzərinə qoyub. Halbuki tendferlər üçün pulların ayrılması və onlarla bağlı sərəncam verilməsi Gündüzün səlahiyyətində deyil.

Lakin bu məsələdən bir gün sonra nə pul ödənilib, nə də hər hansı borc bağlanılıb. Bunu görən iş adamları da elə notarial qaydada hazırlanmış “zəmanət məktubu”nu ləğv ediblər. Üstəlik, bütün dövlət qurumılarına müraciət edərək, vəziyyəti çatdırıblar.

Qeyd edək ki, indiyə qədər sahibkarlara bir qəpik belə pul ödənilməyib. Halbuki icra başçısının toplam 10 milyon manatdan çox borcu var və onu qaytarmamaq üçün bütün bəhanələrdən istifadə edir. Elə hazırda da sahibkarlar Sumqayıt İcra Hakimiyyətinin önündə icra başçısını gözləyirlər və onunla görüşüb, pullarını almaq istəyirlər.

Xatırladaq ki, Zakir Fərəcov bir aydan çox idi ki, ölkədə deyildi. Onun əvvəlcə Almaniyada müalicə aldığı, daha sonra İstanbulda əməliyyat olunduğu, daha sonra isə yenidən Berlinə gedərək orada müalicəsini davam etdirdiyi bildirilirdi. İki gündür Sumqayıta dönən icra başçısı heç kimi qəbul etmir, hətta qəbula gələnləri də geri göndərir.

Qarşı tərəfi də dinləməyə hazırıq. 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın