Qızmar istilər davam edir: 44 dərəcə isti olacaq

12, 08, 23
20:00

Qızmar istilər davam edir: 44 dərəcə isti olacaq


Avqustun 13-də gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28 dərəcə isti, gündüz 37-40 dərəcə, bəzi yerlərdə 41-42 dərəcə isti olacaq.

Hava Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28 dərəcə isti, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 42-44 dərəcə isti, dağlarda gecə 18-23 dərəcə isti, gündüz 29-34 dərəcə isti olacaq.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın