Abidin Fərzəliyev öz səlahiyyəti ilə məşğul olmağa vaxt tapacaq? - Xırdalanı zibilliyə çeviriblər (FOTOLAR)

14, 08, 23
12:00

Abidin Fərzəliyev öz səlahiyyəti ilə məşğul olmağa vaxt tapacaq? - Xırdalanı zibilliyə çeviriblər (FOTOLAR)


Abşeron Rayon İcra Hakimiyyəti nəzdindəki Abad-Abşeron bir həftədən çoxdur ki, Xırdalanın mərkəzində, Heydər Əliyev parkının yanındakı Zərifə Əliyeva küçəsinin həyətinin zibilliyini təmizləmir. Sözügedən küçədə zibil bir həftədən çoxdur ki, qalaqlanıb qalıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu məlumatı iqtisadçı ekspert Samir Əliyev paylaşıb. O bildirib ki, işi görməli olan Abad-Abşeron təmizlik işini ürəyi istədiyi vaxt görür:

“Zibil yığımı işinə Abşeron Rayon İcra Hakimiyyətinin nəzdindəki Abad-Abşeron baxır. Kefləri nə vaxt istəyir o vaxt gəlirlər. Abşeron RİH başçısının başı isə pul qazanmağa qarışıb. Heydər Əliyev parkında gündən-günə attraksionların və ictimai iaşə obyektlərinin sayı artır. Park faktiki olaraq insanların, xüsusilə də ahılların istirahət yerindən gənclərin qəlyan çəkmək üçün əyləncə mərkəzinə çevrilib.

Abşeron RİH zibil daşınmasını inhisara alıb, başqa şirkətləri bu sektora buraxmır, özləri isə kefləri nə vaxt istəsə o vaxt təmizlik işlərinə baxırlar. Zibilliyin bu hədə çatması xəstəlik mənbəyidir. Ümid edirəm, Abşeron RİH başçısı cənab Abidin Fərzəliyev birbaşa öz səlahiyyəti ilə məşğul olmağa vaxt tapacaq və öhdəliklərini yerinə yetirəcək”. (Tribunainfo.az)



AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın