Hacıqabul rayonunda yerləşən “Qədir Xum” ailəvi istirahət mərkəzində kütləvi zəhərlənmələr olub?

14, 08, 23
15:00

Hacıqabul rayonunda yerləşən “Qədir Xum” ailəvi istirahət mərkəzində kütləvi zəhərlənmələr olub?


"Azərbaycan Reallığı"na daxil olan məlumata görə, Hacıqabul rayonunda yerləşən "Qədir Xum" istirahət mərkəzində zəhərlənmə faktı qeydə alınıb. Belə ki, paytaxta qayıdan zaman Bakı şəhər sakinləri, 2010-cu il təvəllüdlü Məmmədli Soltanəli Rövşən oğlu, 1987-ci il təvəllüdlü Adıgözəlova Fidan Rauf qızı, 1952-ci il təvəllüdlü Soltanova Sidiqə Məmməd qızı, 1994-cü il təvəllüdlü Süleymanova Pikəxanım Hafiz qızı, Süleymanova Nuranə Hüseyn qızı, 1973-cü il təvəllüdlü Əliyeva Afaq Soltanəli qızı, 2017-ci il təvəllüdlü Süleymanov Məhəmməd İlkin oğlunun halı pisləşib.

Həmin şəxslər dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Qeyd edək ki, bir neçə gün öncə Hacıqabulda "Qədir Xum" restoranında insan sağlamlığı üçün təhlükə yaradan mənzərə başlıqlı yazını və video görüntüləri hörmətli oxucularımıza təqdim etmişdik. Həmin sujetdə insanların qidalandığı yerin demək olar ki, düz 2-3 metr yaxınlığında yerləşən göldə, ölü balıqlardan və ördəyə kimi rast gəlməsindən bəhs edərək sizlərə təqdim etmişdik.  

Restoran rəhbərliyi buna cavab vermək əvəzinə özünə yaxın bir neçə media nümayəndəsini yanına dəvət edərək reklam çəkilişlərinə start verməklə işini bitmiş hesab etdi.

"Azərbaycan Reallığı" olaraq sözü gedən məsələ ilə bağlı restoranın Əbülfəz adlı rəhbəri ilə əlaqə saxladıq. İlk öncə media nümayəndəsi olduğumuzu bilən şəxs iradla "mənim nömrəmi haradan tapmısız? Məni niyə narahat edirsiz?" kimi sorğu-suala başladı. "Zatən siz olanları yazmırsız" kimi ittihamlar səsləndirdi və daha sonra olanların həqiqətə uyğun olmadığın bildirdi 

(TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsindən "Azərbaycan Reallığı" sorğusuna cavab olaraq bildirilir ki, 13.08.2023-cü il tarixində saat 23:04 radələrindən başlayaraq 7 nəfər TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu qoyulub, zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabilləşdikdən sonra hər biri ambulator müalicə üçün evə buraxılıb. "Şəxslərin harada zəhərlənməsi barədə araşdırmanı isə müəyyən edəcək qurum TƏBİB deyil." deyə bildirilir

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın