Nərimanov rayonunda yaşayış binasının qarşısındakı olan səkini kimlər qanunsuz "parkinqə" çevirib - FOTO

16, 08, 23
13:00

Nərimanov rayonunda yaşayış binasının qarşısındakı olan səkini kimlər qanunsuz "parkinqə" çevirib - FOTO


Paytaxt Bakının mərkəzində demək olar ki, artıq satılmayan yer qalmayıb. İş o yerə çatıb ki, yerləri satıblar, indi də keçiblər boş qalan binaların, obyektlərin üstünü satmağa. Xüsusən də belə qanunsuz əməllərə bəzi iş adamları, sahibkarlar öz gəlir yerlərini böyütmək üçün yol üstü, yol kənarı, hətta insanların gediş-gəlişi olan səki ətrafını belə zəbt etməkdən çəkinmirlər. Çox maraqldır, bu cür qanunsuzluqlara aidiyyəti orqanlar, xüsusən də yerli icra strukturları göz yumur, bir sözlə desək özünü görməməzliyə vurur.

"Azərbaycan Reallığı"na müraciət edən adının çəkilməsini istəməyən vətəndaş saytmıza göndərdiyi fotolarla bərabər bildirir ki, şəhərin mərkəzi olan Nərimanov rayonunda yaşayır, sözü gedən küçənin Xətai prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsinin kəsişməsində, yeni yaşayış binasının qarşısında səkinin parkinqə çevriblər.

 Vətəndaş bildirir ki,  dəfələrlə şikayət etdiyinə baxmayaraq tədbir görülmədiyini bildirir, çıxış yolunu məsələnin ictimailəşməsində axtarır ki, bəlkə aidiyyəti qurumlar görüb məsələyə biganə yanaşmazlar deyə adının açıqlanmasını istəməyən vətəndaş bildirir.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın