14 saylı cəzaçəkmə müəssisəsinin rəisi YEZİDDİR? - Həbsxana “su” böhranı yaşayır

18, 08, 23
13:00

14 saylı cəzaçəkmə müəssisəsinin rəisi YEZİDDİR? - Həbsxana “su” böhranı yaşayır


Dəfələrlə dövrü mətbuatda 14 saylı cəzaçəkmə müəssisəsində baş verən özbaşınalıqlar manşetlərə köşürülsədə hələ də bu müəsissədə özbaşınalıqlara “dur” deyən tapılmır.

Hüquq müdafiəçiləri də dərhal bu yerin məhbusların saxlanması üçün yararsız olduğunu və cəzaçəkmə müəssisəsinin çoxdan ləğv edilməli olduğunu bəyan ediblər, orada saxlanılan keçmiş məhbuslar isə bu islah müəssisəsini “ölüm düşərgəsi” adlandırıblar.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu cəzaçəkmə müəsissəsində son günlər daha da ağır vəziyyətin hökm sürməsindən məhbus valideinləri də Dünyanınsəsi.Az saytına çoxsaylı şikayətlər göndəriblər.

Məhbis valideyinləri şikayətlərində qeyd edirlər ki, övladlarımız nə hamamdan istifadə edirlər nə də ki, içməli sudan.Hətta ayaqyolu üçün müəissədə istifadə olunan krantların ağzı bağlanaraq rəisin xüsusi təyin etdirdiyi məhkumlar tərəfindən “Aftafa”sı 20 qəpikdən satılır.

Valideyinlər həm də məhkumların qidalanmasından da şikayətlənirlər.Onlar bildirlər ki, hər ay ərzaq aparmasaq bu bu “ölüm düşərgəsi”ndə övladlarımız acından ölə bilərlər.

keçmiş siyasi məhbuslardan biri hazırda Avropada yaşayan Rəsul Mürsəlovdur. O, contact.az-la 14 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı xatirələrini bölüşüb. ““Ağır olmayan cinayətlərdə” ittiham olunan bütün siyasi məhbusları birmənalı olaraq 14 saylı cəzaçəkmə müəssisəsinə köçürürlər, mən orada bir ildən çox qaldım. Cəzaçəkmə müəssisəsi dörd tərəfdən daş karxanası ilə əhatə olunub.

Düzən ərazidə cüzi külək olsa, karxananın tozu hər yeri bürüyür. Vəziyyət kifayət qədər ağırdır. Səhər oyandıqda görürsən ki, “barak” ağappaq olub. Gecə küləyi tozu baraka da gətirir. Gündüz güclü külək əsdikdə həyətdə dayanmaq, demək olar ki, mümkün deyil.

Bu cəzaçəkmə müəssisəsinin ikinci ən böyük problemi sudur. 100-dən çox insan üçün nəzərdə tutulmuş barakda cəmi 3-4 kran var. Cəzaçəkmə müəssisəsində su olmamasının səbəblərindən biri rəhbərliyin su kəmərini yaxınlıqda yerləşən daş karxanasına satmasıdır. Su olmaması hamam qiymətinə də təsir edir – 20 qəpik – 0,80 manat. Bundan başqa, üzqırxan təklif edirlər.

Beləliklə, tam xidmət paketi (çimmək + üzqırxan + 10 dəqiqə bonus) 1,20 manata başa gəlir. Telefon danışığı və hətta qanunla nəzərdə tutulmuş qohumlarla görüş də ödənişlidir. Bu, məhbusun doğmalarına, ziyarətçilərin sayından asılı olaraq, 5-20 manata başa gəlir. Təhsil Nazirliyi və Penitensiar Xidmətin birgə layihəsi çərçivəsində məhbuslara təhsil xidmətləri göstərilir və bu məqsədlə islah müəssisəsi kompüterlərlə təchiz edilib.

Amma təlim üçün nəzərdə tutulmuş kompüterlər 30 dəqiqəsi 1 manata oyun maşınlarına çevrilib. Siyahını sonsuza qədər uzatmaq olar. Hələ cəzaçəkmə müəssisəsinin mağazasında və kafesində məhsulların üçqat qiymətini demirəm. 14 saylı cəzaçəkmə müəssisəsini “ən yoxsul zona” adlandırırlar. Digərlərinin gəlirlərini təsəvvür edin”, deyə R.Mürsəlov qeyd edib.

Redaksiya olaraq səsləndirilən ittihamlarla bağlı Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətinin mövqeyini də dərc edə bilərik. 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 828884

Bizimlə əlaqə saxlayın