SON DƏQİQƏ! Həbsdə olan jurnalistin səhhəti ağırlaşdı - Türmə rəisi xəstəxanaya köçürülməsinə imkan vermir

19, 08, 23
11:37

SON DƏQİQƏ! Həbsdə olan jurnalistin səhhəti ağırlaşdı - Türmə rəisi xəstəxanaya köçürülməsinə imkan vermir


Hazırda həbsdə saxlanılan tanınmış jurnalist Sənan Həsənoğlunun səhhətində ciddi problemlər yaranıb. "Azərbaycan Reallığı" xəbər verir ki bu barədə DİA.AZ-a onun ailə üzvləri məlumat verib. Bildirilir ki, səhhətində problemlərin olmasına baxmayaraq saxlanıldığı həbsxana rəhbərliyinin hansısa maraqları səbəbindən jurnalist müalicəyə cəlb olunmur.

Abdullayev Sənan Həsənoğlu 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılır və hazırda ağır ürək və şəkər xəstəsidir. Sənan Həsənoğlunun həyat yoldaşı Seyidova Nəzakət qeyd edib ki, yoldaşı ağır xəstə olsa da, anlaşılmaz səbəblərdən müalicədən kənarda qalıb və bu da onun durumunun hər an daha da ağırlaşa biləcəyi anlamına gəlir.

"Sənan Həsənoğlu əslində, Pentensiar xidmətin mərkəzi xəstənanasına yatırılmalıdır. Amma nədənsə oranın rəisi Mayıl müəllim buna imkan vermir..." 

Tanınmış jurnalist Sənan Həsənoğlu 1974-cü ildə Ağcabədidə anadan olub. Təfəkkür Universitetində jurnalistika ixtisasını bitirib. Uzun illər "Space", "Azad Azərbaycan" və "AztV"nin Qarabağ bürosu üzrə müxbir işləyib.

Qeyd edək ki, Sənan Həsənoğlu 9 fevral 2020-ci ildəki parlament seçkilərində 82 saylı Ağcabədi seçki dairəsindən namizəd idi. 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın