Baş redaktor "Azərlotoreya" ilə bağlı Mikayıl Cabbarova müraciət etdi: Ölkəni KAZİNO-QUMARXANAYA çeviriblər!

28, 08, 23
12:00

Baş redaktor "Azərlotoreya" ilə bağlı Mikayıl Cabbarova müraciət etdi: Ölkəni KAZİNO-QUMARXANAYA çeviriblər!


Son günlər əhalinin kasıb təbəqəsini daha da müflisləşdirən "Azərlotoreya" keçirdiyi qumar oyunları ilə bağlı vətəndaş şikayətləri durmadan artmaqdadır. 

"Azərbaycan Reallığı"  xəbər verir ki, belə bir məqamda saytımızın baş redaktoru Məhəmməd Ərsoy ölkə rəhbərliyinə, xüsusən də yeni iqtisadi islahatlarla bağlı yürüdülən siyasətdə mühüm rollardan birini oynayan İqtisadiyyat naziri Mikayıl Cabbarova xitabən bir paylaşımda bulunub.

Yəni anlaşılanı budur ki, hökumətimiz əhalinin rifah halının yüksəlməsinə çalışdığı bir zamanda "Azərlotoreya" kimi şəbəkələr əsalində NARAZILIQ YARATMA funksiyasını həyata keçirməkdədirlər.

Baş redaktorunun paylaşımında deyilir:

"20 qəpikdən qumar oynasan, dərhal gəlib başının üstünü kəsdirərlər... `Azərlotoreya` açıq şəkildə QUMARXANA açıb... açması bir yana hətta rəsmi mətbuatda təbliğ də olunur.... CINQIRINI ÇIXARAN YOXDUR...

NOOOLDU? Bəs Heydər Əliyevin dövründə bizdə KAZİNO-QUMAR qadağan idi... İndi nə oldu ki, ölkəni başdan-başa KAZİNO-QUMARXANAYA çeviriblər...

Cənab Mikayıl Cabbarov müəllim yəqin ki, bunları görür və elə baş verənlərin izahatı da ondadır... məncə..." (DİA.AZ)

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın