Səhhətində ciddi problemlər olan jurnalistdən türmə rəisi pul alır - Mayıl müəllimin məcaraları bitib-tükənmək bilmir

28, 08, 23
15:00

Səhhətində ciddi problemlər olan jurnalistdən türmə rəisi pul alır - Mayıl müəllimin məcaraları bitib-tükənmək bilmir


"Azərbaycan Reallığı" xəbər verir ki,  Hazırda həbsdə saxlanılan tanınmış jurnalist Sənan Həsənoğlunun ailə üzvləri DİA.AZ-a yenidən müraciət etməli olublar. Xatırladaq ki, bir neçə gün əvvəl jurnalistin səhhətində ciddi problemlərin yarandığı haqda xəbər vermişdik.

Bildirilirdi ki, səhhətində problemlərin olmasına baxmayaraq saxlanıldığı həbsxana rəhbərliyinin hansısa maraqları səbəbindən jurnalist müalicəyə cəlb olunmur. 

Abdullayev Sənan Həsənoğlu 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılır və hazırda ağır ürək və şəkər xəstəsidir. Sənan Həsənoğlunun həyat yoldaşı Seyidova Nəzakət açıqlamasında qeyd edib ki, yoldaşı ağır xəstə olsa da, anlaşılmaz səbəblərdən müalicədən kənarda qalıb və bu da onun durumunun hər an daha da ağırlaşa biləcəyi anlamına gəlir. 

"Sənan Həsənoğlu əslində, Pentensiar xidmətin mərkəzi xəstənanasına yatırılmalıdır. Amma nədənsə oranın rəisi Mayıl müəllim buna imkan vermir..." 

Həbsdə olan jurnalistin səhhəti ağırlaşıb, amma türmə rəisi nədənsə jurnalistə qarşı qərəzli mövqe tutub. Bununla bağlı jurnalistin həyat yoldaşı bildirib ki, onlar hər görüş zamanı həm görüşə girəndə, həm də nəsə çatdıranda ümumi olaraq 100 manat (hər dəfə 50 manatdan) pul veriblər və bu vaxta qədər az qala neçə min manat pulları çıxıb bu görüşlərə: "İndi isə bizə qarşı qərəzli mövqe tutub.

Mən elə buradan Mayıl müəllimdən verdiyim pulları da tələb edirəm. Penitensiar xidmətin rəhbərliyindən isə Mayıl müəllimlə bağlı ölçü götürülməsini xahiş edirəm". 

Bildirir ki, tanınmış jurnalist Sənan Həsənoğlu 1974-cü ildə Ağcabədidə anadan olub. Təfəkkür Universitetində jurnalistika ixtisasını bitirib. Uzun illər "Space", "Azad Azərbaycan" və "AztV"nin Qarabağ bürosu üzrə müxbir işləyib.

Qeyd edək ki, Sənan Həsənoğlu 9 fevral 2020-ci ildəki parlament seçkilərində 82 saylı Ağcabədi seçki dairəsindən namizəd idi.

Məsələ diqqətimizdədir... 

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841  

Bizimlə əlaqə saxlayın