İcra başçısına qarşı şər-böhtan atan vətəndaş ifşa edildi - FAKT

28, 08, 23
17:00

İcra başçısına qarşı şər-böhtan atan vətəndaş ifşa edildi - FAKT


Bir neçə gün bundan öncə saytımız və digər xəbər saytları həmçinin sosial şəbəkələrdə Ağdam rayon sakini Həsənov Nazim Çingiz oğlu Ağcabədi rayon icra başçısı və rayon rəhbərliyi haqqında xoşagəlməz iddialar səsləndirərək bilərəkdən öz şəxsi maraqlarını müdafiə etmişdir.

Sözügedən məsələ ilə bağlı "Azərbaycan Reallığı" olaraq kiçik araşdırma apardığımızda məlum oldu ki, Ağdam rayon sakini Həsənov Nazim Çingiz oğlu Rayon İcra Hakimiyyəti başçısının vətəndaş qəbulunda olarkən yonca sahəsinə su verilməsini tələb etmiş, lakin ona izah olunmuşdur ki, pambıq sahələri suvarıldıqdan sonra növbəlilik əsasında yonca sahələrinə də su veriləcəkdir.

Buna baxmayaraq vətəndaş Həsənov Nazim Çingiz oğlu qəbul zamanı özünü intizamsız apardığına, qəbulu pozduğuna görə aktlaşdırılaraq Ağcabədi Rayon Polis şöbəsinə verilmişdir. Ağcabədi Rayon Məhkəməsinin qərarı ilə Həsənov Nazim Çingiz oğlu 5 sutka inzibati qaydada həbs edilmişdir.

Qeyd edirik ki, Sarıcalı bələdiyyəsinin mülkiyyətinə aid olan 16.3 hektar torpaq sahəsinin 5 hektar Həsənov Nazim Çingiz oğlu, 5 hektar qardaşı Həsənov Saməddin Çingiz oğlu istifadə edir.  

Rayon İcra Hakimiyyətinin məsul işçisinin, Ağcabədi SSİ-nin rəisinin və idarənin digər əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirilərkən 5 ha yonca sahəsinin 3-cü biçiminin toplandığını, qardaşının istifadəsində olan 5 hektar sahəsinin isə otarıldığı müəyyən olunmuşdur.

Hal-hazırda Nazim Həsənovun istifadəsində olan 5 hektar yonca sahəsini 3-cü dəfə, qardaşı Saməddin Həsənovun istifadəsində olan yonca sahəsi 4-cü dəfə suvarma suyu ilə təmin olunmuşdur.  

Həsənov Nazim Çingiz oğlunun RİH başçısı rəhbərliyi haqqında səsləndiridiyi fikirlər əssasız olmaqla şər və böhtan xarakterlidir

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın