SON DƏQİQƏ! Bakıdan Xankəndidəki ermənilərə tonlarla humanitar yardım göndərildi - VİDEO

29, 08, 23
12:00

SON DƏQİQƏ! Bakıdan Xankəndidəki ermənilərə tonlarla humanitar yardım göndərildi - VİDEO


“Bu gün bizim humanitar karvanımız yola düşəcək. Biz Ağdam-Xankəndi yoluna yollanacağıq”.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib.

Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək:

“Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.

Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb.

Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib ki, humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var.


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841  

Bizimlə əlaqə saxlayın