Şəhid anasının etibarından istifadə edərək pulunu ələ keçirdi: Bakıda meydan sulayan Nihad Əliyevə dur deyən tapılacaq? - İDDİA

01, 09, 23
08:40

Şəhid anasının etibarından istifadə edərək pulunu ələ keçirdi: Bakıda meydan sulayan Nihad Əliyevə dur deyən tapılacaq? - İDDİA


Bir neçə gündür saytımız vasitəsi ilə dələduz şəbəkə haqqında oxucularımıza kifayət qədər məlumat veririk amma nədənsə bu şəxs barəsində cinayət işi başlanılmasına baxmayaraq, Nihad Əliyev hələ də azadlıqda gəzir. 

"Azərbaycan Reallığı" xəbər verir ki, ona cinayət məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülsə də, barəsində həbs qətimkan tədbiri seçilməyib. 

Əliyev Nihad Raiq oğlunun dələduzluq əməli ilə bağlı dəfələrlə ictimaiyyətə məlumat vermişik. Bu şəxs adı istintaqa məlum olan xanımın etibarından sui-istifadə edərək evini və pulunu ələ keçirərək, külli miqdarda ziyan vurmuşdur. 

Sözü gedən məsələ ictimailəşdirildikdən sonra redaksiyamızla bir neçə nəfər əlaqə saxlayaraq, Əliyev Nihad adlı şəxsin dələduzluq əməlinin qurbanına çevrildiyini bildirib. Onlardan biri də şəhid anasıdır.

Adının çekilməsin istəməyən şəhid anası bildirir ki, övladının şəhid pulunu aldıqdan sonra kiçik iş qurmaq qərarına gəlib. Qohumu vasitəsi ilə tanış olduğu Əliyev Nihad Raiq oğlu ona xaricdən maşın gətirərək, qazanc ilə satmağı təklif edib.  

Nihad Əliyev

Şəhid anasının etibarını qazanan dələduz maşın gətirmək adı altında 10 min manat pulu mənimsəyir. Lakin bir müddət sonra maşının gəlmədiyini görən şəhid anası aldadıldığını bilirək, Nihad Əliyevdən pulunu geri tələb edir.

Nihadın yalan uydurduğunu görən şəhid anası baş verən dələduzluq faktını onun atası Raiq Əliyevə bildirir. Neft Kəmərləri İdarəsində Raiq Əliyevlə görüşən şəhid anası yalan vədlərə uyaraq, evinə geri dönür. Əliyev Raiq dəfələrlə şəhid anasına zəng edərək, məsələni ən qısa zamanda həll edəcəyini vəd edir.

Bir müddət keçdikdən sonra zərərçəkmiş Raiq Əliyevə onun oğlu Nihad Əliyevə zəng eləsədə telefonlarına cavab verən tapılmır. Məsələ ilə bağlı şəhid anası hüquq-mühafizə orqanlarına müraciət edib. 

P.S. Xüsusilə qeyd edək ki, Nihad Əliyevin qurbanına çevrilmiş şəxslərin hüquq mühafizə orqanlarına və redaksiyamıza müraciətləri davam edir. 

Belə ki, saytımızla əlaqə saxlayan başqa bir zərərçəkmiş qeyd edir ki, Nihad Əliyevin qurbanına çevrilib. Belə ki, adının açıqlanmasını istəməyən şəxs qeyd edir ki, Nihad Əliyev onunla birlikdə polisdə çalışıb. 

Nihad onunla bir yerdə işlədiyi üçün güvənərək, pul verib. Daha sonra isə verdiyi pulu Nihaddan geri ala bilməyən iş yoldaşı dəfələrlə “dələduzla” mübahisə edib. Pulunu geri istəyən şəxs Nihadın hər dəfə yalan vədlərinə inanıb və səbr edib. Artıq xeyli vaxtdır pulunu Nihad Əliyevdən geri ala bilməyən keçmiş iş yoldaşı aidiyyatı üzrə müraciət edib.

Redaksiya olaraq, kiçik araşdırma apardıq. Məlum oldu ki, Nihad Əliyev barəsində Nərimanov rayon polis idarəsinin İstintaq Şöbəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi başlanılıb.

Düşünürük ki, belə potensial dələduzlar azadlıqda olduğu müddətdə təkrar əməllərini davam etdirərək digər insanları öz torlarına sala bilərlər.

Ümidvarıq ki, bu şəxsin cəmiyyət üçün nə qədər təhlükəli olduğunu nəzərə alaraq, hüquq-mühafizə orqanları dərhal hərəkətə keçərək, lazımi tədbir görərək, Nihad Əliyevi istintaq dövründə nəzarətdə saxlayacaqlar.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. 

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın