Rabitə Bankın Ağsu rayon filialı cəngəllik qanunları ilə işləyir - ŞİKAYƏT

02, 09, 23
11:30

Rabitə Bankın Ağsu rayon filialı cəngəllik qanunları ilə işləyir - ŞİKAYƏT


Bank sektorunda inhisarçı mövqe tutan bəzi bankların faizləri nə Mərkəzi Bankın uçot stavkasına, nə də əmanətlər üzrə sığorta faizlərinə uyğun gəlir. Həmin banklar öz bildikləri qaydada kredit siyasətini həyata keçirərək vətəndaşları özlərindən asılı hala salırlar yekunda isə sıra bankların fəaliyyətindən şikayətlər çoxalır.

"Azərbaycan Reallığı" xəbər verir ki, son zamanlar cəmiyyətdə özəl bankların fəaliyyəti çox haqlı olaraq bütün səviyyələrdən ciddi şəkildə tənqid olunur. 

Bu tənqidin əsas səbəbi, bankların vətəndaşlara bahalı kreditlər verməsi, onları kreditləri milli valyutada deyil, xarici valyutada götürməyə təhrik etmələri, digər tərəfdən, xarici valyutada olan kreditlər üzrə yaranmış məzənnə fərqi məsələsində öz müştərilərinə güzəştə getmək istəməmələridir. 

Apardığımız araşdırmalar göstərir ki, bankların fəaliyyətində bunlardan əlavə, cəmiyyəti narahat edə biləcək daha ciddi məqamlar mövcuddur.

Götürək elə Rabitə Bankın Ağsu filialının yarıtmaz fəaliyyətini.

Belə banklar bizə lazımdırmı? Ölkə Prezidenti dəfələrlə onları real sektora üz tutmağa səsləsə də əslində onlar bu gün daha yüngül üsullarla, daha çox qazanmaq uğrunda bir-biri ilə yarışa girdilər.

İndi də sırf lombard donuna bürünüb, küllü qazanc xatirinə əhalini hakimiyyətdən narazı salmaqla məşğuldurlar. Bank fəaliyyətinin bu qədər eybəcər bir formaya düşməsi Azərbaycanda bank sisteminin kökündən sökülüb yenidən qurulmasını zəruri edir. 

Buna misal olaraq öz gördüyümizi deyə bilərik ki, yerli bankların birinin hesabına Rabitə Banka gələn pul köçürmələrinə görə vətəndaş günlərlə süründürməçilik görməlidir.

Tutulan yüksək faizlər, xidmət haqqının bahalığı insanları Rabitə Banka qarşı narazılığına səbəb olur.

Hansı ki, xarici banklardan ölkəmizə gələn pul köçürmələrində bu qədər süründürməçilik və baha faizlər yoxdur.

Bildiyiniz kimi bu gün insanların çoxlu faizi kreditlər içində əziyyət çəkir. Məhz bu fürsətdən Rabitə Bank asanlıqla istifadə edir.

Yaşıl, bəzəkli qalstuklu mütəxəssislərin özlərindən razı davranışları bura gələn insanların həmin bankdan üz döndərməyinə səbəb olur.

600 manat pul köçürməsinə 10 manat xidmət haqqı lap biabırçı vəziyyət yaranır.

Belə çıxır ki, Rabitə Bankın insanların bu günki imkansızlığından xəbəri yoxdur.

Get kimə deyirsən de, nə istəyirsən et, biz beləyik!

"Azərbaycan Reallığı" Qarşı tərəfin mövqeyini tanıyır

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın