Paşinyan Qarabağ klanını məhv edir: Ohanyan da həbs edilir

04, 08, 18
13:08

Paşinyan Qarabağ klanını məhv edir: Ohanyan da həbs edilir


Ermənistan Baş nazirinin keçmiş müavini Armen Gevorkyana qarşı ittiham irəli sürülüb.
Axar.az xəbər verir ki, bunu Ermənistan İctimai Televiziyasına açıqlamasında Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan deyib. Onun sözlərinə görə, Gevorkyan 1 mart qırğınlarında iştirakda ittiham edilir.
Gevorkyanla bərabər Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı da ittiham irəli sürülüb.
Qeyd edək ki, Gevorkyan 1 mart qırğınları zamanı Milli Təhlükəsizlik Şurasının rəhbəri olub. O, hazırda “Ardşinbank”a rəhbərlik edir.

Bizimlə əlaqə saxlayın