Millyonlarla izləyicisi olan tanınmış xəbər portalı Bakues 9 yaşın qeyd edir

17, 02, 22
12:04

Millyonlarla izləyicisi olan tanınmış xəbər portalı Bakues 9 yaşın qeyd edir


Ölkəmizdə bir sıra media orqanları var ki, onlar hər zaman öz xidmətləri ilə, dövlətmizin və millətmizin yanında olmaqla təmənnasız xidmət göstərməkdədirlər.

Azərbaycan xalqına verdikləri peşəkar və vicdanlı xəbərlərlə qısa zamanda milyonların izləyicisinə çevrilə bilmişdilər.

“Azərbaycan Reallığı” xəbər verir ki, bunlardan biri də İnstagram, Facebook, Telegram və Youtube kimi məşhur platformada fəaliyyət göstərən "Bakues"-dir.

Sözü gedən səhifənin yaradıcısı Nicat Sadıqov bildirir ki, artıq 9 ildir fəaliyyət göstərirlər, bu müddət ərzində millyonlarla izləyici kütləsini ətraflarına yığa biliblər.

44 günlük ikinci vətən müharibəsi zamanı demək olar ki, arxa cəbhədə döyüşlərin aktiv iştırakçısı olmağı komandaları ilə birgə bacarıblar.

Xalqımızı ən doğru, ən dəqiq informasiya ilə təmin ediblər.Bundan əlavə olaraq sosial-ictimai prossesləri ictimailəşdirib xalqa düzgün informasiya çatdırılmasında əllərindən gələni ediblər.

Pandemiyanın tüğyan etdiyi bir zamanda sosial durumu ağır olan ailələrin paylaşımını edərək yüzlərlə ailənin ərzaq problemini yaxşlaşdırılması üçün vasitəçi olublar. 

Nicat Sadıqov bildirir ki, 9 il fəaliyyətləri zamanı onlar heç bir yerdən bir manat da olsun maliyyə yardımı almayıblar, yalnız reklam və press-relisləri yaymaqla xırda və öz xəbər portallarını ayaqda saxlamaq üçün maliyyələri olub.

“Amma ümidvarıq ki, bundan sonraki zamanda bizimlə də əməkdaşlıq edənlər olacaq və bizi də dövlət QHT-lərinə əlavə edəcəklər.

Bu gün "Bakues"in 9 yaşı tamam olur, bundan sonra da olduğu kimi dövlət və xalqımızın hər zaman media xidməti ilə yanlarında olacağıq” -deyə, sonda sözü gedən xəbər portalının rəhbəri bildirib.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın