Zakir Fərəcovla bağlı cinayət işi açıla bilər: KQMBİ sahibkarların müraciətini icraata götürdü

10, 09, 22
12:06

Zakir Fərəcovla bağlı cinayət işi açıla bilər: KQMBİ sahibkarların müraciətini icraata götürdü


Sumqayıtın icra başçısı Zakir Fərəcovla bağlı cinayət işi açıla bilər. Buna səbəb bir qrup sahibkarın Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etməsidir.

İş adamlarının verdiyi məlumata görə, artıq Baş İdarədə etdikləri müraciət icraata götürülüb. Belə ki, 23-174-01-02-001204 müraciət üzrə icrası həvalə edilib. Onlar bildirilər ki, həmin müraciət hələ 2016-cı ildən başlayan borc qalmaqalı ilə bağlıdır. “Zakir Fərəcov bizim Sumqayıtdda gördüyümüz işlərin pulunu 7 ildir vermir.

Dəfələrlə onunla görüşüb, problemin dinc yolla həllinə çalışdıq. Lakin o, bizi gah hədələdi, gah həbslə qorxutdu, gah da Sumqayıta girişimizə qadağa qoydurdu. Uzun çək-çevirdən sonra qərfara aldıq ki, birgə rəsmi qurumlara müraciət edərək, məsələni hüquqi yolla həllinə nail olaq. Ona görə də, KQMBİ-yə mütraciət etdik. Artıq müraciətimiz icraata götürülüb. Ümid edirik ki, yaxın zamanlarda məsələ ilə bağlı araşdırmalara start verilər”.

Qeyd edək ki, Zakir Fərəcovla iş adamları arasında baş verən borc qalmaqalı heç də kiçik məbləği əhatə etmir. Bəzi məlumatlara görə, təkcə şikayət edən sahibkarlara icra başçısının borcu 10 milyon manatdan çoxdur. Bir digər məlumata görə isə Fərəcov təkcə, şikayətçi olanlara borclu deyil. Onun kənarda da ciddi borcları var. Bu rəqəmlərin isə üst-üstə 50 milyon manat təşkil etdiyi deyilir.

Bildirək ki, hazırda Sumqayıtın icra başçısının iki ciddi borcu ilə bağlı məhkəmə çəkişməsi başlayıb. Onlardan biri Sumqayıt Nəqliyyat Departamentinə avtobusların alınması üçün “Paşa Bank”dan götürülmüş 6 milyon manat kreditin geri qaytarılmaması ilə bağlıdır. Sözügedən bank artıq borcla bağlı məhkəməyə müraciət edib. Cavabdeh qismində isə birbaşa Zakir Fərəcov göstərilib. Bu günlərdə ilk məhkəmə prosesi keçiriləcək.

Digər məsələ isə elə KQMBİ-nin Sumqayıtda həyata keçirdiyi monitorinq yoxlamaları ilə bağlıdır. Təkcə, Sumqayıt səhiyyəsində həyata keçirilən yoxlama zamanı 5.5 milyon manata yaxın yeniti aşkarlanıb. Həmin pulların geri qaytarılması təmin olunsa da, dünən qaldırılmış cinayət işi üzrə ilk məhkəmə prosesi həyata keçirilib. Qeyd edək ki, həmin cinayət işində Zakir Fərəcovun ən yaxın adamı olan, Sumqayıt İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev təqsirləndirilən şəxs kimi təsdiqlənib. O, 41 MMC yaradaraq, külli miqdarda pulun mənimsənilməsində ittiham olunur.

Onu da bildirək ki, hazırda Sumqayıt təhsilində də ciddi yoxlamalar aparılır. İlkin məlumatlara görə, artıq 6 milyon manatlıq yeyinti halı da aşkar olunub. Əgər bu məlumat təsdiqini taparsa, o zaman Zakir Fərəcovun durumu daha da ağırlaşacaq. Çünki bu qədər pulu qaytarmaq üçün o, ya bütün mülklərini satmalıdır, ya da yenidən borca girməlidir.

Bu əsnada, onu da vurğulayaq ki, Zakir Fərəcov kasıb icra başçılarından sayılmır. Hələ Abşerona rəhbərlik edən zaman onun böyük sərvətə sahib olduğu bilinirdi. Sumqayıtın icra başçısı olduqdan sonra isə sözügedən şəxs yeni imkanlara, bizneslərə də sahiblənməyi bacarmışdı. Sahiubkarların təbirincə desək: “Zakir Fərəcov bircə villasını satsa, bizim bütün borclarımızı bağlayar”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın