COVID-19 testlərinin cavabı pozitiv çıxdı, Prezident onlayn görüşdü

11, 09, 23
15:54

COVID-19 testlərinin cavabı pozitiv çıxdı, Prezident onlayn görüşdü


Prezident İlham Əliyev sentyabrın 11-də ölkəmizdə səfərdə olan İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixteri videokonfrans formatında qəbul edib.

Görüşün videokonfrans formatında keçirilməsinə səbəb İsrail nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

"Azərbaycan Reallığı" xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlərimizə toxunularaq, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun bu ilin mayında Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişlənməsinə töhfə verdiyi bildirildi.

Bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisinin İsrailə səfəri qeyd olundu, ölkəmizin İsraildə səfirliyinin açılmasının əhəmiyyəti vurğulandı.

Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafından və bununla bağlı təcrübə mübadiləsinin həyata keçirilməsindən məmnunluq ifadə edildi, bu sahədə əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu bildirildi.

Avi Dixterin səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın