Allahın bəndələrini DÖVLƏTİN ADINA SOYURLAR "Azərlotereya"nın - ŞEYTAN ƏMƏLİ!

13, 09, 23
17:39

Allahın bəndələrini DÖVLƏTİN ADINA SOYURLAR "Azərlotereya"nın - ŞEYTAN ƏMƏLİ!


"Şikayətim "Azərlotereya"-dan və bu cür şeylərə inanıb gedib öz aləmində "Udacam" deyib harama əl atan kasıb millətimdəndir".

"Azərbaycan Reallığı" xəbər verir ki, bu cür duyğisal və həm də aktual müraciəylə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Alik adlı istifadəçi çıxış edib. 

Daha sonra narazı vətəndaş yazır: "Nəyə görə Metroların qabağında hər yoldan keçən alverçi taxtadan düzəldilmiş geydirmə "budkada" oturub insanların etimadından suyi istifadə edib hələ utanmaz utanmaz öz "Fake" adamlarından yanında saxlayıb (güya bu 500 manat udub) açıq aşkar şəkildə kasıb milləti Qumara, Haramçılıqa sürükləməlidir?

Əgər bir kağız parçası bilinməyən bir yerdə istehsal olunursa və onun şahidi yoxdursa bu Lotoreya deyil... Nə üçün dəbdədəli yerlərdə belə satışlar yoxdur? Çünki gedib pozqazana pul verənlər aşağı təbəqə, Kasıb, Avam və xəyalpərəst insanlardır...

Ey İnsanlar, Ey Xalqım! Heç olmasa aparıb axırıncı pulunuzu pozqazana və bu cür qumar xarakterli şeylərə sərf edib özünüz özünüzü aldatmayın!.. Biz Müsəlman ölkəsində yaşayırıq.. Bu cür şeylər haqqında Uca Allah Bəqərə surəsi 219 cu ayətdə belə buyurub:

Səndən şərab və qumar barəsində soruşurlar, de: «O ikisində (onlara mürtəkib olmaqda) böyük günah və insanlar üçün (maddi) mənfəətlər vardır və onların günahı mənfəətlərindən böyükdür». Həmçinin səndən nə xərcləmələrini soruşurlar. De: «(Sizə) müyəssər olanı». Allah öz ayələrini sizə bu cür açıqlayır ki, bəlkə düşünəsiniz.( Bəqərə 219) 

Ey iman gətirənlər, həqiqətən şərab, qumar və asılmış bütlər(ə ibadət etmək, onlar üçün qurban kəsmək və həmin qurbanın ətindən yemək) və qumardakı püşk oxları nəcis və murdardır və Şeytanın ixtiralarındandır. Buna görə də onlardan çəkinin, bəlkə nicat tapasınız. (Maidə 90)

Həqiqətən Şeytan şərab və qumarla (sizi onlara aludə edib onların düşkünü etməklə) aranızda düşmənçilik və kin salmaq və sizi Allahın zikrindən və namazdan saxlamaq istəyir. Belə isə əl çəkəcəksinizmi? (Maidə 91)
Allaha əmanət olun..."

Maləsəf, vətəndaşımızın tixunduğu problem DÖVLƏT SƏVİYYƏSİNDƏDİR və bir qrup məmurların yaratdığı məsələdir...

Bununla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq (DİA.AZ)


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın