İlham Əliyev Ərdoğanla telefonla danışdı

21, 09, 23
13:00

İlham Əliyev Ərdoğanla telefonla danışdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan lideri İlham Əliyevlə telefonla danışıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Türkiyə lideri telefon danışığı zamanı İlham Əliyevdən Azərbaycanın keçirdiyi antiterror tədbirlərindən sonra son vəziyyət ilə bağlı məlumat alıb.

Ərdoğan bir daha Əliyevə Türkiyənin Azərbaycanı ürəkdən dəstəklədiyini bildirib.

Sentyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı lokal xarakterli antiterror tədbirlərinin başa çatması və Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələrin silahı yerə qoymaları və tərk-silah olmaları barədə fikir mübadiləsi aparılıb.

Dövlət başçıları Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduqlarını vurğulayıblar.

Azərbaycan və Türkiyə prezidentləri qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən gələcək təmaslar və strateji müttəfiqlik əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın