Tanınmış bloger Vilayət Eyvazovdan kömək istədi - MÜRACİƏT

21, 09, 23
16:00

Tanınmış bloger Vilayət Eyvazovdan kömək istədi - MÜRACİƏT


Bir neçə gün bundan öncə Atatürk pr-ti 3078 A ünvanda tanınmış bloger Ramal İsayevin maşının üzərinə mişar daşı atılması ilə bağlı məlumat vermişdik. Blogerin şikayəti ilə bağlı araşdırmanı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi araşdırıb, cinayət əməli olduğu üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib lakin bloger aparılan İstintaq araşdırmasından narazı olduğu üçün "Azərbaycan Reallığı" vastəsi ilə Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət edərək işin nəzarətə götürülməsini xahış edib. 

Sözügedən açıq müraciəti olduğu kimi təqdim edirik:

Hörmətli Vilayət müəllim,


Mən, İsayev Ramal Ziyafət  oğlu videobloqer, musiqiçi, teleaparıcı fəaliyyətləri ilə məşğul oluram. Yaşadığım Bakı şəhəri, Atatürk pr-ti 3078 A ünvanda yerləşən çox mənzilli yaşayış binasının yol kənarında bina sakinləri üçün avtodayanacaq hissəsi binanın 1-ci mərtəbəsində yerləşən,icarə əsasında fəaliyyət göstərən “Avtomir N1” mağazası tərəfindən zəbt edilərək, bina sakinləri tərəfindən istifadəyə məhdudiyyət qoyulduğundan, sakinlərin müraciəti əsasında qeyd olunan halı sosial mediyada işıqlandırdım.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə araşdırılma aparılan zaman, mənə məxsus nəqliyyat vasitəsinin yuxarıda qeyd olunan dayanacaqda saxlayan zaman mağaza əməkdaşları tərəfindən əsassız etiraz edilmiş, təqribən 1 saat sonra isə nəqliyyat vasitəsi üzərinə mişarı daşı atıldığı müəyyən olundu.

Bununla bağlı şikayətim əsasında 5-ci Polis Bölməsində araşdırılma aparılmış, cinayət törətmiş şəxs müəyyən edilmiş, şahid ifadələri, video çəkilişlər vasitəsilə ilə İlqar adlı şəxs tərəfindən cinayət törədiliyi sübut olunaraq, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Lakin Həsən adlı müstəntiq həmin şəxsi azadlığa buraxaraq, guya onun əməlində heç bir cinayət əməli olmadığını bildirmişdir.

Baxmayaraq ki, qeyd olunan cinayət ictimai yerdə, vətəndaşların gediş-gəliş yolu, Atütürk pr-tindən baş verməsi xuliqanlıq cinayətinin tərkibini yaratmış, həmçinin İlqar adlı şəxs qəsdən əmlakımı məhv etmişdir. Qanunları heçə sayan, maddi imkanına güvənən, sosial mediyada qınaq obyekti olan şəxsin məsuliyyətdən yaxa qurtmarması vətəndaşlarda və məndə inamsızlığa səbəb ola bilər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, törədilmiş cinayətin araşdırılmasının obyektiv aparılması və cinayət törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi, sosial ədalətin bərpası və mənə vurulmuş maddi zərərin ödənilməsi üçün Sizin tərəfindən nəzarətə götürülməsini xahiş edirəm.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın