"Azərlotoreya" adlı qumar faliyyətini genişləndirir - Rəsmilər təkcə susmurlar, həm də himayə edirlər

22, 09, 23
15:00

"Azərlotoreya" adlı qumar faliyyətini genişləndirir - Rəsmilər təkcə susmurlar, həm də himayə edirlər


Son zamanlar "Azərlotoreya" şəbəkəsinin əlsində Azərbaycanda sosial durumu onsuz da ağır olan təbəqə üçün yeni bir bəla rolunu oynaması ilgili yetərincə faktlar səslənib, dəlillər-sübutlar təqdim edilib. Amma nə fyadası? Açıq şəkildə dövlət adına bir qrup işbaz məmur tərəfindən himayə olunan bu RƏSMİ QUMAR BİZNESİ fəaluyyətini sürdürür, nəticədə yoxsullar səfilləşir, orta təbəqə isə yoxsullaşır. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bu halın isə nəhayətdə dah ciddi fəsadlara nədən ola biləcəyi də şəxxsizdir. Bu barədə növbəti yazımızda daha geniş materialımızı təqdim edəcək, məsələ ilə bağlı siyasi partiya liderlərinin NƏDƏN SUSQUN qaldıqlarını da araşdırmağa çalışacağıq.

Hələliksə...

Qeyd edək ki, "Azərlotoreya"nın böyük bir SOSİAL TƏHDİD olması və bunun enində-sonunda SİYASİ TƏHDİDƏ çevrilmə ehtimallarının yüksək olduğu da ekspertlər tərəfindən dəfələrlə səslənib. Və bu fakt sosial şəbəkələrdə də geniş müzakirə predmetidir. 

Bu məqamla bağlı araşdırma apardığımız zaman sosial şəbəkələrdə maraqlı bir paylaşım diqqətimizi çəkdi. Bir neçə ay əvvəl təqdim olunan bu faktın hələ də aktual olduğunu nəzərə alıb, yenidən diqqətinizə təqdim edirik: 


"Facebook"dakı "albert eyniseydi" səhifəsində qeyd olunur:

"Azərlotoreya bildirir ki, 60 milyon ədəd 1 manatlıq - "Qızıl 5" lotoreya biletini satışa buraxıb. Bu 60 milyon biletdən cəmi 12 biletdə 25 000 manatlıq böyük uduş var. Yəni, sizin bu lotoreyadan 25 000 manat qazanmaq ehtimalını 1/5 000 000-dur (12/60 480 000). Çox kiçik ehtimaldır.

Təsəvvür edin ki, bu ehtimal sizin bilet almaq üçün getdiyiniz yolda qəzaya düşüb ölmək ehtimalınızdan daha kiçikdir. (Ötən il Azərbaycanda təkcə yol qəzalarında 706 nəfər həyatını itirib)"

Hər halda yuxarıdakı incə nüansla da aydın olur ki, əslində "Azərlotoreya" adlı RƏSMİ QUMARla xoşbəxtliyə açar axtara-axtara olan-qalanımızı da itirdiyimiz şəkkszizdir.

Çalışaq dələduzların tələsinə düşməyək.

Məsələ müzakirə üçün açıqdır və bütün maraqlı tərəflədi dinləməyə hazırıq (DİA.AZ)


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın