"Araz" marketin də çörəyi fırıldaqdan çıxır - FOTOFAKT

23, 09, 23
17:18

"Araz" marketin də çörəyi fırıldaqdan çıxır - FOTOFAKT


Daha bir market alıcıları aldatmaqla məşğuldur.

"Azərbaycan Reallığı" xəbər verir ki, Tezadlar.az saytına müraciət edən alıcı bildirib ki, "Araz Market"-dən diş pastası alıb. Bu zaman o saktakarlıqla üzləşib.

Belə ki, vitrində diş pastasının qiyməti 2.55 qəpik olub. Amma kassaya yaxınlaşan zaman 2.55 qəpikdən deyil, 2.69 qəpikdən vurulub. Nəticədə, alıcı 2.55 qəpik əvəzinə, 2.69 qəpik ödəməli olub.

Məsələ ilə bağlı alıcı etirazını bildirsə də, ona cavab verməli olan marketin məsul şəxsi tapılmayıb.

"Azərbaycan Reallığı" həmin məhsulun və qəbzin fotosunu təqdim edir:
 



AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın