Problemlər bataqlığı olan “Pilot Residence” MTK-nın özbaşınalıqları davam edir - VİDEO

28, 09, 23
15:00

Problemlər bataqlığı olan “Pilot Residence” MTK-nın özbaşınalıqları davam edir - VİDEO


"Azərbaycan Reallığı" xəbər verir ki, dəfələrlə “Pilot Residence” MTK -dan mediada vətəndaş şikayətləri ilə bağlı , silsilə yazılar getsədə, bəzən,rəsmi qurumlar KİV-də  gedən yazılarla bağlı Babək adlı iş adamına nədənsə “Dur” deyən yoxdur.

Bu boşluqlardan istifadə edən iş adamı isə, hələdə sakinlərin hüquqlarını tapdalamaqla yanaşı, bu qanunsuz əməllərinə davam etməkdə israrlıdır. Mediada MTK-a iə bağlı gedən silsilə yazılar isə buna faktiki sübutdur.

Sakinlər isə məsələ ilə bağlı, Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq, Səbail Rayon məhkəməsində iddia qaldırıblar.

Şikayətin icraatı Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayeva həvalə edilib.

Sakinlər bildiriblər ki, şəxsən Hakim və ekspert qanun pozuntularının mənbəyi olan, yaşayış binamıza baxış keçiriblər, baxış zamanı binanın narazı sakinləri ilə, media nümayəndələri də, şəffaf araşdırma baxışında iştirak ediblər

Sakinlər bildiriblər ki, Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev ədalət prinsipini üstün tutaraq, harınlamış iş adamının,dövlətini dövlətçiliyini sevən biz sakinləri bu iyrənc mənzərədən ədalətli qərarı ilə birdəfəlik yaxa qutaracaq.

Sonda isə bitməyən problemlər bataqlığı olan “Pilot Residence” MTK nın

Dövlət Əmlak Komitəsi ilə olan problemi, sakinlərin hələ də, yaşadıqları mənzilə çıxarış ala bilməməsi ilə nəticələnib.

Bizdə öz növbəmiz də, inanırıq ki, ədalət meyarının hər bir cəmiyyətdə bərqərar olması, uca tutulması tarixən qanunçuluğun keşiyində dayanan, hüququn aliliyini rəhbər tutan səlahiyyət sahiblərinin – ilk növbədə insan taleyi ilə bağlı qərar qəbul edən ədalətli qərarı Səbail Rayon Məhkəməsindən gözləyirik.

Mövzunu diqqətimizdə saxlayacağıq


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın