Tiktoker 5 nəfərlə evləndi - uşaqların alimentini vermədiyi üçün polisdən gizlənmə yolunu seçdi

08, 01, 25
10:30

Tiktoker 5 nəfərlə evləndi - uşaqların alimentini vermədiyi üçün polisdən gizlənmə yolunu seçdi

"TikTok"-da "Aslan Canıyev" kimi tanınan tiktoker Nəbiyev Vüsal Fəxrəddin oğlu aliment borcunu ödəmir. 

"Azərbaycan Reallığı"na daxil olan məlumata görə Lənkaran rayon qeydiyyatında olan sözügedən şəxs bir neçə il ərzində Lənkaran rayonunun ayrı-ayrı kəndlərindən olan 5 nəfər xanımla ailə quracağı vədini verərək onları Bakı şəhəri abşeron rayon ərazisində ana-bacısı ilə yaşadığı qediyyatı olmayan evə gətirib lakin çox çəkmədən hər birinə əxlaqa uyğun olmayan damğalar vuraraq onları evdən kənarlaşdırıb. 5 xanımdan 3 nəfərinin isə hərəsinin bir uşağı olub.  

Vüsal Nəbiyevin razılıqı ilə onlara atalıq hüququ verilib amma o, şəxsi prinsiplərə görə qayğısız vəziyyətdə olan 3 uşaqın alimet borcunu illərdir ödəmir. Məlumatı Lənkaran rayon icra və probosiya şöbəsindən təsdiqləyərək bildiriblər ki, sözügedən məsələ ilə bağlı bu şəxs barəsində inzibati tənbeh görülüb hətta inzibati qaydada həbs də olunub.  

İcra məmurunun çağırışına gəlmədiyi üçün 2023-cu ildə barəsində mülki axtarış verilib, icra olunması üçün sənədlərdə gösrərilən aidiyyati üzrə Abşeron rayon Polis İdarəsinə göndərilib. Həmçinin ümumi axtarış verilib amma nədənsə bu günə kimi şəxs tapılmır" deyə bildirilir 

"TikTok" platformasında @aslan.caniyev kimi tanınan Vüsal Nəbiyevin paylaşmlarına diqqət etsəz onun "qanundan kənar oğru aləmini"n təbliğatın etməsi hər kəsində diqqətin cəlb edib. 

Şəxsin bu cür platformalarda azyaşlı uşaqlarında olduğun bilərək oğru aləminin təbliğatını aparması Azərbaycan Respublikasının Ali qanunları ilə cinayət hesab edilir. 

Ümid varıq ki, qanun keşiyində duran qrumlarımız bu məsələ ilə bağlı ciddi tədbirlər görüləcək.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq 

Bizimlə əlaqə saxlayın