Cəmil Həsənlinin nəvəsi Aytən Həsənlinin həbs etdirdiyi baş redaktorun anası Prezidentdən kömək istədi

29, 01, 25
14:00

Cəmil Həsənlinin nəvəsi Aytən Həsənlinin həbs etdirdiyi baş redaktorun anası Prezidentdən kömək istədi

Azərbaycan Respublikasının Prezidenti Hörmətli İlham Əliyevə:
"Tər-tər rayonunda məskunlaşmış Kəlbəcər rayon köçkünü Mirzəyeva Gülgəz Əlbənd qızı tərəfindən Tel: (+994 55)549-18-46
               MÜRACƏT
Möhtərəm Prezident!

Bildirirəm ki, oğlum Əliyev Tural Vahid oğlu "Xeberaz.az" saytının təsisçisidir. 24 yanvar 2023-cü il tarixində həbs edilib. Oğlum Tural Əliyevə Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.4 və 234.2 maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülmüşdür.  

Onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində 6 il Azadlıqdan məhrum etmə qərarı çıxarılıb. İlkin məhkəmə istintaqını qərəzli, o cümlədən sifarişli şəkildə aparıldığını iddia edirəm.  

Tural Əliyevə 

Belə ki, aparılan məhkəmə prosesində zərərçəkmiş qismində tanınan Nəriman Nəsibov Turalı tanımadığını, onunla heç bir zaman qarşılaşmadığını, telefon əlaqəsində olmadığını və Turala qarşı heç bir şikayəti olmadığını izahatında və ifadəsində bildirib. 

Birinci məhkəmə prosesində şahid qismində dindirilən  Aytən Həsənli Tural haqqında yalan şahidlik etdi. Qeyd edim ki, Aytən Həsənli özünü müxalifət düşərgəsinin lideri adlandıran Cəmil Həsənlinin nəvəsidir. İfadəsində bildirdi ki, cinayət işində zərərçəkmiş şəxs kimi tanınan və onunla yaxın əlaqələri olan Nərimandan oğlum Tural zəng edib hədə-qorxu ilə pul tələb edib.  

Amma Nəriman məhkəmə zamanı öz ifadəsində bildirdi ki, Turalla heç vaxt telefon danışığı olmayıb, hədə-qorxu, şantaj edilməyib. Rəşad adlı şəxs vasitəsi ilə aralarında yaranan kommersiya danışıqları isə, Turalın idarə etdiyi "Xeberaz.az" saytında reklam yerləşdirmək üçün ödənilən vəsait olub. 

Lakin Ağır Cinayətlər Məhkəməsi bütün bu halları bilərəkdən araşdırmadi. Birinci məhkəmə instansiyasının hökmündən Bakı Apellyasiya Məhkəməsinə şikayət verdik. Məhkəmə, vəkil və Turalın özü tərəfindən yuxarıda qeyd olunan hallara qarşı verilən vəsatəti araşdırmağı gərəksiz bilir. 

QEYD: Hakim Mehriban Qarayeva 27.01.2025-cil saat 11:00-da keçirilən məhkəmə prosesi zamanı bildirir ki, Turalın və vəkilin məhkəməyə təqdim etdikləri vəsatətlərdə göstərilən halları biz araşdıra bilmərik. (Vəsatətin məzmunu və hakimin vəsatətlərə qanunazidd olan sözlərlə münasibət bildirməsini təstiq edəcək yeganə sübut məhkəmə prosesinin audioyazısıdır) 

Mən birinci instansiya məhkəməsinin hökmündə yol verilən nöqsanların araşdırılıb, ədalətin öz yerini tapması üçün Bakı Apellyasiya Məhkəməsinə üz tutdum. Çox təəssüf ki, hakim Mehriban Qarayevanın sədrliyi ilə olan məhkəmə tərkibi və dövlət ittihamçısı oğlumla bağlı çıxarılan hökmdə bilərəkdən və qərəzli şəkildə aparılan yalan faktların yenidən araşdırılmasını qəbul etmir. 

Bu halları nəzərə alaraq Sizdən 73 yaşlı ANA kimi ARTIQ DƏRƏCƏDƏ XAHİŞ EDİRƏM: 

Oğlum Tural Əliyev 2 ildən artıqdır həbsxana həyatı yaşayır. Himayəsində azyaşlı övladları var, özünün sağlamlığında problemlər yaranıb. Yaşlı bir ana kimi övladımı nəvələrimin yanında görmək istəyirəm. Məhkəmə prosesini həyata keçirən məhkəmə tərkibinin və dövlət ittihamçısının dəyişdirilməsinə, işin yenidən araşdırılmasına və ədalətin bərpa olunması üçün köməklik göstərilməsi barədə göstəriş verməyinizi sizdən xaiş edirəm. 
Hörmətlə  vətəndaş G.Ə.Mirzəyeva
Tarix: 29.01.2025

Bizimlə əlaqə saxlayın