Mübariz Məsimoğlu: Səməd Vurğun şəxsiyyət kimi Əlisa Nicatdan 100 dəfə böyük olub

04, 02, 25
11:30

Mübariz Məsimoğlu: Səməd Vurğun şəxsiyyət kimi Əlisa Nicatdan 100 dəfə böyük olub

Səməd Vurğun böyük şairdir. Dilimizin cilalanmasında, inkişaf etdirilməsində heca şerinin üzünün ağ olunmasında əvəzsiz xidmətləri olub. 

Bəşəri şeirlər yazıb. Milli hissiyyatımızı çox gözəl tərənnüm edib. Şəxsiyyət kimi də böyük olub. Ən azı Əlisa Nicatdan 100 dəfə böyük olub. 

Yəni qaz pulu səviyyəsində gileyi olmayıb heç vaxt. O, çox böyük arzuların peşində olub. Bunlarla yanaşı kommunizim ideyalarına ürəkdən inanıb. 

Onu da ürəkdən tərənnüm edib. Yaradıcılığında 2 faiz təəsüf etdiyim məqam var. Gərək onlar da olmayaydı. Amma o tarixi şəraitə enəndə bunlar da başa düşüləndir. 

Bütün səhvlərilə bir yetdə mən də Səməd Vurğunu çox sevirəm. Onun qələmi poeziyamızın ən duru qatında olub həmişə. Təəssüflər olsun ki, onu obyektiv təhlil etmirlər.

Bizimlə əlaqə saxlayın