yuxarı
Xanım prokurorlara yüksək vəzifə verildi
21, 02, 25
11:00
Xanım prokurorlara yüksək vəzifə verildi
Prokurorluq orqanlarında yeni təyinatlar olub.
"Azərbaycan Reallığı" Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Suad Qəhrəmanova Mətbuat xidmətinin prokuroru vəzifəsinə təyin olunub.
Suad Qəhrəmanova
S.Qəhrəmanova 2021-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub, bu təyinata qədər Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi vəzifəsində işləyib.
Digər müvafiq əmrlə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Pərvin Bağırova Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsinə təyin edilib.
Pərvin Bağırova
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək