yuxarı
Hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür - FOTOLAR
21, 02, 25
12:00
Hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür - FOTOLAR
Hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən hazırda zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir.
"Azərbaycan Reallığı" xəbər verir ki, Paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.
Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, yerlərə qum və duz səpilir. Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.
Vətəndaşlardan daxil olan müraciətlərə çevik reaksiya verilir, bütün köməkliklər göstərilir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək