Aksiyada saxlanılanlar azadlığa buraxıldı

11, 03, 18
17:09

Aksiyada saxlanılanlar azadlığa buraxıldı

Bakının Yasamal rayonundakı "Məhsul" stadionunda Demokratik Qüvvələrin Milli Şurası ilə Müsavat Partiyası  etiraz nümayişi keçirib.

Nümayişdə "Azadlıq istəyirik", "Qul deyilik!", "Səhiyyə can üstədi, təhsilimiz xəstədi" və "Şah qanun olmasın, qanun şah olsun!" kimi şüarlar səsləndirilib. 

Hakimiyyət nümayişdə 1200 nəfərin iştirak etdiyini bildirir, müxalifət mitinqə qatılanların daha çox olduğunu iddia edir.   Qeyd edək ki, aksiyada saxlanılan daha üç nəfər- Nazim Əliyev, Ramil İsmayılov və Hüseyn Ağayev  birqədər əvvəl azadlığa buraxılıb.

Bizimlə əlaqə saxlayın