VƏTƏNDAŞ DÖVLƏT ORQANLARINDAN KÖMƏK İSTƏYİR - DİN açıqlama verdi (YENİLƏNİB)
VƏTƏNDAŞ DÖVLƏT ORQANLARINDAN KÖMƏK İSTƏYİR - DİN açıqlama verdi (YENİLƏNİB)
Vətəndaş Əmirov Yusif Gülbəy oğlu keçmiş iş yoldaşının onu təhdid və şantaj etdiyini bildirir.
"Azərbaycan Reallığı"na müraciət edən Əmirov Yusif bildirir ki, keçmiş iş yoldaşı Babayev Vidadi Malik oğlu onu şərləyib.
2023-cü ilin sentyabr ayında Novxanı ərazisində obyekt götürən Vidadi və bir neçə şəxs maşın alış satışı ilə məşğul olublar. Şikayət edən vətəndaş Yusif isə işçi olaraq onların yanında işləməyə başlayıb.
Satılacaq maşınların hər birindən 500 manat Yusifə söz verilib. Bir müddət sonra Vidadi şəriklərdən polisə şikayət edərək onların həbsinə nail olub. Daha sonra Vidadi işçisi Yusifə "şəriklərini həbs etdirəcəyini, lazım olsa məhkəmədə mənim dediklərimi təkrarla" deyib amma işçi buna razı olmayıb. Bundan sonra Vidadi Yusifin özünü həbslə təhdid edib, üstünə qadın göndərib şərləməyə cəhd edib.
Polisə şirkət edildikdən sonra həmin şantajçı xanımı 1 dəfə Saray qəsəbə polisi bir dəfə də Sumqayıt Şəhər Polis bölməsi tərəfindən saxlanılsa da polisi də təhdid etməyə çalışıb, maşını əzib və daha sonra Vidadi tərəfindən öyrədildiyini və Yusifi Vidadinin öyrətməsi ilə şantaj etdiyini etiraf edib.
Şikayətçi həmçinin qeyd edir ki, Babayev Vidadi Yusifin atasına zəng edərək əvvəl ondan 3500 azn, daha sonra 1700 azn pul alıb və qaytarmaqdan boyun qaçırır.
Əvəzində isə yararsız bir maşını onların həyətinə ataraq maşını bəhanə edib ödəşdiyini deyir. Yusif Vidadini məhkəməyə verib. Məhkəmə pulun ödənilməsi haqqında qərar çıxarsa da Vidadi məhkəmə qərarını icra etmək əvəzinə onu təhdid edir.
Redaksiya şikayət edən vətəndaş qeyd edir ki, şirkətdə öz hesabına aldığı avadanlıqları geri almaq üçün Abşeron Polis bölməsinə müraciət etdikdən sonra geri ala bilib.
Məhkəmə qərarına əsasən avadanlıqları geri alıb. Daha sonra Vidadi Yusifin boynuna bir neçə maşın qoyaraq şantaj etməyə başlayıb. Daha sonra şirkətdə xadimə işləyən qadını Yusifin üstünə göndərərək onu şantaj edəcəyini bildirib.
İntihar həddinə çatdığını deyən Əmirov Yusif üstünə benzin tökərək yandırıb. Özünü öldürməkdən başqa çarəsi qalmadığını deyən şikayətçi Yusif Əmirov Ağsu Polis Bölməsinə müraciət edərək Vidadiyə verdiyi pulun qaytarılması üçün kömək istəyir.
Çarəsiz durumda olan şikayətçi Baş Prokuror Kamran Əliyevdən, Ali Baş Komandan İlham Əliyevdən, vitse-prezident Mehriban Əliyevadan işə düzgün baxılması üçün kömək istəyir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, qeyd olunan məsələ ilə bağlı Gülbəy Əmirovun ( Yusif Əmirovun atası) müraciəti əsasında Ağsu Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Qarşı tərəfin açıqlamasını dərc etməyə hazırıq