yuxarı
Daha bir saxta diplomlu həkim - İxtiyar Məmmədov kimdir?
10, 06, 25
09:00
Daha bir saxta diplomlu həkim - İxtiyar Məmmədov kimdir?
Sosial şəbəkələrdə saxta stomatoloq və kosmetoloqların ifşası ilə məşğul olan səhifələr bu dəfə “Dr.ixtiyar_memmedov” istifadəçi adı ilə tanınan İxtiyar Məmmədovun fəaliyyətini gündəmə gətirib.
"Azərbaycan Reallığı" xəbər verir ki, İddialara əsasən, İxtiyar Məmmədov hazırda Nərimanov rayonu ərazisində yerləşən Aristokrat Klinikasında fəaliyyət göstərir. Sosial media istifadəçiləri onun stomatoloji sahədə rəsmi icazə və müvafiq sənədlərə sahib olub-olmaması ilə bağlı suallar qaldırır. Bildirilir ki, onun fəaliyyətinin qanuniliyinə dair dəqiq məlumatlar ictimaiyyətə təqdim olunmayıb.
Məlumata görə, Səhiyyə Nazirliyi son dövrlərdə bu kimi halların qarşısını almaq üçün saxta tibbi fəaliyyətlə məşğul olan şəxslərlə bağlı araşdırmalar aparır. Nazirlik bu istiqamətdə ictimai siqnalları da nəzərə alaraq nəzarət tədbirlərini gücləndirib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək