yuxarı
Masallı İstisu Sanatoriyasında hərc-mərclik qanunları - Kim, necə gəldi xidmət göstərir - təki pul olsun!
10, 06, 25
10:30
Masallı İstisu Sanatoriyasında hərc-mərclik qanunları - Kim, necə gəldi xidmət göstərir - təki pul olsun!
Cənub bölgəsində yerləşən və tibbin sübut etdiyi insan orqanlarında bir neçə xəstəliklərin şəfa tapdığı Masalli Istisu Sanatoriyasida idarəçilik demək olar ki bərbad vəziyyətdədir.
"Azərbaycan Reallığı" xəbər verir ki, bu məkana uzaq rayonlardan və şəhərlərdən sağlamlığında şəfa tapmaq üçün gün ərzində yüzlərlə insan üz tutur amma təəsüflər olsun məkanda vətəndaşlara xidmət sıfır vəziyyətindədir.
Sağlamlığ mərkəzində muüalicə olunmaq əvəzinə əsəb-stres tapırsan. Sanatoriya daxil olduqda ətrafın çirkab olması, zibil qablarının az olması, istirahət edəcəyin hovuz ətrafında müsiqiyə yüksək səs verilib ağız deyəni qulağ eşitməməsi sözün əsl mənasında insana əsəb və gərginlikdən başqa heçnə vermir.
30 dəqiqəsi 25 manata, 60 dəqiqəsi 50 manata xanımların təklif etdiyi masaj xidməti rüsvayçılıqdır. Peşakar və müalicəvi masajdan demək olar əsir əlamət yoxdur
İnsanlara xidmət göstərəcək qida üçün qab-qacaqların çirkli olması mətbəxtində hansı vəziyyətdə olmasından xəbər verir. Ən əsası hər gün yüzlərlə müştərisi olan bu məkanda post-terminal yoxdu. Sonda hesabı ödəmək istədikdə hesabı yalnız kartdan-karta ödənməsi tələb olunur ki, bu da dövlət qurumuna ödəniləcək vergidən yayınmadır. Günlük bir adam üçün 60-70 manata təklif olunan paket xidmətlərində ciddi narazılıqlar var. Hər gün 3 dəfə təklif olunan qidalar yeyiləsi deyil.
Otelin şəraiti deyildiyi kimi deyil. Bir sözlə, bu məkanda kim harada necə gəldi fəaliyyət göstərir, təki axşama rəhbərliklərinin verdiyi planı doldurub verə bilsinlər. Ümudvarıq məsələ ilə bağlı aidiyyəti qurumlar araşdırma apararaq öz tədbirlərini görəcəklər
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək