yuxarı
Bakı şəhərinin Yasamal rayonu ərazisində intihara cəhd hadisəsi baş verib
16, 12, 23
09:23
Bakı şəhərinin Yasamal rayonu ərazisində intihara cəhd hadisəsi baş verib
"Azərbaycan Reallığı" xəbər verir ki, 32 yaşlı Cavid Qədirov müxtəlif tərkibli dərman preparatları qəbul edərək həyatına qəsd etməyə çalışıb. Hadisə qonşuların ayıq-sayıqlığı nəticəsində vaxtında qarşısı alınıb. Belə ki, qonşular dərhal polis və təcili tibbi yardım xidmətinə məlumat veriblər.
Hadisə yerinə gələn tibbi heyətin səyləri nəticəsində C. Qədirovun həyatı xilas edilib. Hazırda o, xəstəxanada həkim nəzarətindədir. Tibb müəssisəsindən verilən məlumata görə, onun həyatına təhlükə yoxdur.
Qeyd edək ki, Cavid Qədirov Kanal13 internet televiziyasında çalışır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək