Putinin dostu... AZƏRBAYCANA DOST OLA BİLMƏZ!
Putinin dostu... AZƏRBAYCANA DOST OLA BİLMƏZ!
Bu soxhasoxda biriləri meydana atılaraq özünü Azərbaycan və Rusiya cəmiyyətlərində "Putinin dostu" kimi tanıdan, yerli KİV-də həm də professor ünvanı ilə nişan verilən İlham Rəhimovu TƏMİZƏ ÇIXARMAĞA - ondan QƏHRƏMAN qayırmağa çalışırlar.
Nədir məsələ və bu əndişənin kökündə nə dayanır?
İlham Rəhimovun əslində "Putinin dostu" statusundan özünün şəxsi biznes maraqları naminə istifadə etməsindən və onun bu dostluğunun ancaq Rusiyanın işinə yaramasından danışmışdıq. Hətta konkret faktlarla sübutlamışdıq ki, İlham Rəhimov PUTİNİN DOSTU olaraq Rusiyada yaşayan azərbaycanlı iş adamlarına zaman-zaman problemlər də yaradıb.
Həm Azərbaycan mülki təyyarəsinin ruslar tərəfindən vurulmasından sonra və həm də son olaraq Yekaterinburqdakı gərginliklər fonunda İlham Rəhimovun bir SİYASİ olaraq, VƏTƏNDAŞ olaraq HEÇ KƏS olduğu da ortaya çıxmış oldu. Biz də bunu yazdıq və hər kəs də inanır ki, əslində Ermənistanda "Putinin dostu" ünvanını daşıyan Robert Köçəryan öz xalqına bu dostluqdan fayda çıxarsa da, İlham Rəhimov öz şəxsi maraqlarını güdmək bir yana, bu dostluğu az qala Azərbaycan aəleyhinə fəaliyyətə belə çevirə bilib ki, bunu da bir daha qeyd edək, Rusiyadakı azərbaycanlı sahibkarlara qarşı atılan addımlarda gördük.
Beləsindən isə Azərbaycana dost çıxması imkansızdır... (DİA.AZ)