Məhşur blogerin "Papağ" restoranları vergidən yayınır? - İDDİA

10, 07, 25
10:30

Məhşur blogerin "Papağ" restoranları vergidən yayınır? - İDDİA

Abşeron rayonu xırdalanda şəhərində yerləşən, məşhur blogger Hüseyn Əzizoğluna məxsus olduğu iddia edilən “Papağ Lounge” kafedə vergidən yayınma baş verir. ”Azərbaycan Reallığı"na daxil olan məlumatda bildirilir ki, kafenin müştərilərindən ödəniş “kartdan karta” üsulu ilə ödənilməsi tələb olunur. 
Bu da isə açıq-aşkar dövlət vergisindən yayınmadır. Sözü gedən məkanın müştərilərindən birinin bildirdiyinə görə, məkanda sifariş verdikdən sonra hesab istəyib. kassaya yaxınlaşan işçi bildirib ki bizdə ödəniş  ya nəğd, ya da kartdan karta mümkündür.
Belə olan halda müştəri, təqdim edilən şəxsi bank kartına ödəniş etməyə məcbur qalıb. Əldə etdiyimiz məlumatlara əsasən, Hüseyn Əzizoğluna məxsus digər məkanlarda da oxşar hal başverir. Əgər doğrudan da bu məkanlarda mütəmadi şəkildə qeyri-rəsmi ödənişlər aparılırsa, bu artıq təkcə bir obyektə aid məsələ deyil – bu, sistemli şəkildə vergidən yayinma deməkdir.
Dövlət büdcəsinə ziyan vurmaq, vergi öhdəliklərini yerinə yetirməmək yalnız cəmiyyətə deyil, həm də qanunlara açıq hörmətsizlikdir. Sahibkar öz cibini doldurmaq üçün dövlətə qarşı bu cür addımlar atırsa, bu, ciddi hüquqi cavab doğurmalıdır. 
İnanırıq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu məsələni araşdıracaq və “Papağ Lounge” şəbəkəsində həqiqətən vergi pozuntuları varsa hüquqi qiymət veriləcək
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Bizimlə əlaqə saxlayın