Tbilisidə Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyuldu - FOTOLAR

27, 10, 23
15:00

Tbilisidə Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyuldu - FOTOLAR

Gürcüstanın paytaxtı Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulub.
 
Nazirlər Kabinetindən (NK) "Azərbaycan Reallığı"na verilən məlumata görə, mərasimdə Gürcüstanda səfərdə olan Baş nazir Əli Əsədov və qonşu ölkənin Baş naziri İrakli Qaribaşvili iştirak ediblər.
 
Ə.Əsədov qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına müasir tərzdə yeni nəfəs verilməsi tarixi hadisədir:
 
“Teatrın yeni binasının Tbilisi şəhərinin önəmli gözəl guşəsində yerləşməsi ilə bağlı qərarı çox yüksək qiymətləndiririk. Fürsətdən istifadə edərək Ulu Öndər Heydər Əliyevin Gürcüstana olan isti münasibəti barədə bir neçə məqamı sizlərlə bölüşmək istərdim. Heydər Əliyev Azərbaycana rəhbərlik dövründə həmişə qonşu dövlətlərə dost münasibəti göstərib. O ki, qaldı Gürcüstan, bu, bir xüsusi haldır.
 
Hər iki rəhbərlik dövründə Heydər Əliyev Gürcüstana və gürcü xalqına böyük hörmət bəsləyib, xüsusi diqqət və qayğı ilə yanaşıb”.

Bizimlə əlaqə saxlayın