Tanınmış rəssam faciəvi şəkildə öldü - FOTO

25, 11, 23
14:30

Tanınmış rəssam faciəvi şəkildə öldü - FOTO

Neftçalada tanınmış rəssam yol qəzası səbəbindən dünyasını dəyişib.

“Azərbaycan Reallığı” xəbər verir ki, uzun illər Neftçala Tarix-Diyarşünaslıq Muzeyində çalışan rəssam Nurəddin Nəzərov motosikletlə balıq tutmağa gedərkən yol qəzası baş verib. Belə ki, motosikletin qarşısına iribuynuzlu heyvan çıxdığından sürücü idarəetməni itirib. Nəticədə motosiklet aşıb və kuzada olan N.Nəzərov yıxılaraq ağır xəsarət alıb. O, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü olan 65 yaşlı rəssamın dəfələrlə fərdi sərgiləri təşkil olunub.

Bizimlə əlaqə saxlayın