"AZƏRBAYCAN RƏQS KUBOKU” müsabiqəsi baş tutdu - foto+video

11, 12, 23
13:00

"AZƏRBAYCAN RƏQS KUBOKU” müsabiqəsi baş tutdu - foto+video


Hörmətli oxucular!

Ötən gün Abbas Mirzə Şərifzadə adına Aktyor Evində “Azərbaycan Gənclər İttifaqı” və “Azərbaycan Rəqs Assosiasiyası”nın birgə təşkilatçılığı ilə "AZƏRBAYCAN RƏQS KUBOKU” müsabiqəsi baş tutdu.

Müsabiqə müxtəlif yaş kateqoriyaları arasında, müxtəlif rəqs növləri üzrə keçirildi. Münsiflər heyəti ölkəmizin dəyərli, əməkdar incəsənət xadimləri və xalq artistlərindən ibarət idi.

Tədbirin sonunda təyin olunmuş qiymətləndirmə meyarlarına müvafiq olaraq qaliblər bəlli oldu.
Qaliblər arasında Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən "İnci" Mədəniyyət və Tədris Mərkəzinin tələbələri də var idi. Cəmi 6 rəqs nömrəsi ilə yarışmaya qatılan "İnci"nin dörd rəqsi I, iki rəqsi isə II yerə layiq görüldü. Bu münasibətlə sözügedən tədris mərkəzinin rəhbəri və rəqs müəllimləri Cavid Məmmədov və Nəzrin xanımı səmimi qəlbdən təbrik edirəm.
 
Səhnəyə ilk dəfə çıxmasına baxmayaraq, geniş izləyici auditoriyasının qarşısında tam sərbəst şəkildə çıxış edən balacaların elə ilk dəfədən səhnəni fəth edərək, tədbirin sonunda diplom və kuboka layiq görülüb I yerə yüksəlməsi alqışalayiqdir.

Müsabiqənin təşkil olunmasında əməyi keçən hər kəsə redaksiyamız adından təşəkkür edirik. İnanırıq ki, bu müsabiqə gənclərimizin özlərini inkişaf etdirmələrinə, sağlam rəqabət və özünəinam hisslərinin formalaşmasına, sosiallaşmalarına öz töhfəsini verəcək.
Uğurlarınız bol olsun!

Mənzər Qurbanova, 




Bizimlə əlaqə saxlayın