Bəstəkarlar İttifaqının sədri telekanalları tənqid etdi

22, 12, 23
15:30

Bəstəkarlar İttifaqının sədri telekanalları tənqid etdi

Televiziya kanallarına ziyalıları çağırıb onların rəyi öyrənilməlidir. Üzeyir Hacıbəyli bunumu istəyib ki, bizdə bəzi telekanallarda ancaq toy mahnıları səslənsin. Olsun, amma bizim intellektual səviyyə təkcə toy musiqiləri ilə bitmir.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə televiziya kanallarının ziyalıları efirə dəvət etməməsinə narazılığını bildirərkən deyib.
Yaradıcı ittifaqların və mədəniyyət xadimlərinin l qurultayında çıxış edən F.Əlizadə eyni zamanda qeyd edib ki, bu il çox əlamətdar hadisələrlə yadda qalıb:


"Biz bu il çox yüksək səviyyədə Ulu Öndər Heydər Əliyevin 100 illiyini keçirdik. Bu il ərzində Şuşaya getdik, həmin yerləri gəzib gördük. Mən onu xüsusilə vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində təkcə qələbə qazanmayıb, həm də böyük qurucudur. Qarabağa gedib qısa zaman ərzində görülən quruculuq işlərini görmək, həmin möhtəşəmliyin şahidi olmaq bunu bir daha göstərir".

Bizimlə əlaqə saxlayın