Aygün Bəylərin tələbəsi: “Konsertində vidalaşan kimi hər kəsə əl etdi”

08, 01, 24
09:30

Aygün Bəylərin tələbəsi: “Konsertində vidalaşan kimi hər kəsə əl etdi”

“Ən böyük arzusu konsertini reallaşdırmaq idi”.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri mərhum Əməkdar artistin tələbəsi Anara Məmmədova onunla bağlı xatirələrindən danışarkən deyib.


Onun sözlərinə görə, mərhum Əməkdar artist sonda hər kəs ilə vidalaşıb:


“Ən böyük arzusunu reallaşdırdı. Konsert proqramı ilə sonuncu dəfə səhnəyə çıxdı. Onu sevən hər kəs orda idi. Başımız sağ olsun. Mədəniyyətimiz üçün çox böyük itkidir. Sonda hamı onu ayaqda alqışladı. O, vidalaşan kimi hər kəsə əl etdi. Bütün ölkənin başı sağ olsun”.
 

Bizimlə əlaqə saxlayın