Aygünə xatir susmaq istəyirdim, boşboğazlar... - Xalq artisti sərt danışdı - FOTO

08, 01, 24
17:00

Aygünə xatir susmaq istəyirdim, boşboğazlar... - Xalq artisti sərt danışdı - FOTO

"Aygünə xatir susmaq istəyirdim. Görürəm ki, yox. Susduqca, bu boşboğazların fantaziyası genişlənir".

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri Xalq artisti, bəstəkar Aygün Səmədzadə mərhum Əməkdar artist Aygün Bəylər haqqında instaqram səhifəsində yazıb. O, aralarında heç bir inciklik olmadığını söyləyib:


"Aygünü 25 ildən çoxdur tanıyıram. Aramızda heç vaxt inciklik olmayıb və bunu bütün sənət aləmi bilir. Hər zaman can deyib, can eşitmişik. Həyatının müxtəlif məqamlarında baş verən ağır hadisələrdə ailəlikcə yanında olmuşuq. O da bizə qarşı hər zaman hörmətcil olub, bir sözümü iki etməyib. Çünki mən onun, o mənim sənət ünvanlarımı yaradanlardan biridir və inanmıram ki, Aygünün səsini məndən artıq sevən olsun. O mənim "Tut aĝacım"dır".


Xalq artisti 2018-ci ildə Aygün Bəylərin onun konsertinə zaldan daxil olması ilə bağlı isə bunları deyib:


"2018-ci il konsertim ərəfəsində Aygün özünü yaxşı hiss etmirdi. Özünə qapanmışdı, məşqlərdə iştirak etmirdi, xəstəhal idi.


Orkestr "Tut ağacı"mı məşq etməli idi və buna görə "Aygün gəlməsə, mahnının taleyi necə olacaq" deyə son məşqdə maestro Teymur Göyçayevlə məsləhətləşib Kamilə Nəbiyevanı dəvət etdik.
 Konsert günü, hazırlıq zamanı bildirildi ki, Aygün gəldi və biz tamaşaçılara sürpriz etdik. Mikrofonu Aygünə verdik və onu zaldan səhnəyə gəlməsinə hazırlaşdıq. Həqiqətən çox təsirli və gözəl səhnə alındı. Bunlar düşünülməsə idi, sizcə, zala mikrofon verilərdimi və ya konsertin operatorları Aygünün səhnəyə gəlişini yaxından çəkə bilərdimi? Və yaxud mən onu sevərək bağrıma basardım? Niyə ağzınıza gələni yazırsınız? Niyə diriyə və ölüyə hörmət qoymursunuz? Aygün Bəylər çox qürurlu və ağır xasiyyətli insan idi. Özünə və sənətinə hörməti var idi və heç bir zaman dəvət edilməyən yerə getməz və oxumazdı. O, konsertə dəvətli idi və biz bu görüntünü planlı yaratmışdıq. Sadəcə bəzi "saytlar" bunu tərsinə göstərmək istədi və təəssüf ki, neqativ yaratmaq istəyinə nail oldular. Küsülü olsaydıq, Aygün mənim sonra keçirilmiş konsertlərimə də, evimdə çəkilən verilişlərə də gəlməzdi.

Ara qatanlar, sənətdən, sənətkardan bixəbərlər!


Sizə "Tut agacı"m, "Darıxdım", "Məktəb illəri", "Bakı haqqında nağıl", "Bu dünyanI nağıl bilək", "Gecikmiş etiraf", "Bakinskiy roman", "Yağış", "Eşq yağışı", "Azərbaycan"lar və yüzlərlə gözəl əsər verdik. Siz bizə neqativdən başqa nə ötürdünüz?


Allah sizi şər-böhtan və yalanlarınızla imtahan etsin. Ölənlərin ruhunu incitməyin, dirilərdən əl çəkin. Açın konserti bir də baxın!"


Sənətçi həmçinin qeyd edib ki, paylaşımının şərh bölümündə yalan məlumatlar yazanlar haqqında ölçü götürüləcək:


"Şəxsiyyətimə toxunan neqativ rəylər sənədləşdirilir".

Bizimlə əlaqə saxlayın