Gülüstan Əliyeva: "Yiyəsiz dəyirmanda kim desən olar, günah özümüzdədir"

11, 01, 24
16:30

Gülüstan Əliyeva: "Yiyəsiz dəyirmanda kim desən olar, günah özümüzdədir"

"Sənətə gəlmək üçün başqa şeylər yox, sənət öyrənin”. Bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Mtv xəbər”ə müsahibəsində deyib.
 
"Azərbaycan Reallığı" qeyd edir ki, o, bayağı mahnılarla bağlı fikirlərini belə açıqlayıb:
 
"Bu haqda ürək yanğısı ilə danışıram. Bu mahnıların yayılmasında günahı bir az da özümüzdə görürəm. Yiyəsiz dəyirmanda kim istəsən olar. Ona görə də bu musiqi dəyirmanını boş qoymaq olmaz”.
 
Əməkdar artist gənclərə nəsihət də verib:
 
"Gələcəkdə fərq etməz, musiqinin hansı janrına gələcəksinizsə, o ixtiyar sizin öz əlinizdə olacaq. Gələndə artıq sənət öyrənib gəlin, başqa şeyləri yox. Sənətlə məşqul olun”.

Bizimlə əlaqə saxlayın