“Sehrli xalat”ın Rəşidi vəfat etdi

24, 01, 24
17:30

“Sehrli xalat”ın Rəşidi vəfat etdi

“Sehrli xalat” filmində baş rol ifaçısı Azər Qurbanov vəfat edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov feysbuk hesabında məlumat yayıb.

O bildirib ki, Azər Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra Amerika Birləşmiş Ştatlarında (ABŞ) dünyasını dəyişib.

Qeyd edək ki, A.Qurbanov sözügedən filmdə Rəşid obrazını canlandırıb.

Bizimlə əlaqə saxlayın